adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

AFFA-nın işi "qaloş piri"nə qalıb - Eminquey yazır

EMİNQUEY AKİF
55736 | 2019-06-12 12:41

Dünyanınən bədbəxt futbol azarkeşləri bizik. Milli yığman ola və sən gedibən hansısasarıbaşın, qarabaşın yığmasına azarkeşlik edəsən. Bir dəfə də olsun ağzını açıbürəkdən "Azərbaycan” deyə qışqıra bilməyəsən. Asan deyil. Nə qədər məşqçilər gəldi-getdimilli yığmamızdan. İndi gəl aqil ol, nakam getmə də.

Sovetvaxtı dodağın üstündə nazik bığ saxlayardı kişilər. Yüz ölçüb, bir biçmək gərəkidi o bığı saxlamaqçun. Adama baxırdın, bığı həm var idi, həm də yox idi. Həmişəo cür bığ saxlayanları görəndə gülmüşəm. İndi Azərbaycan futbolu da o bığkimidir, həm var, həm də yox. Otur, bax, gül, ağla. Milli yığmanın oyunlarıkino indsutriyasına etirazdır. Görürlər ki, nə normal dram filmləri çəkilir, nədə kommersiya, ikisini birləşdirib oyunları ilə tragikomik bir film göstərirlərbizə. Gülürük də, ağlayarıq da.

Buadamların boşuna maaş almaqlarını-zadı qoyuram bir qırağa.

Busoxasoxda ən çətin iş futbol şərhçilərimizin boynuna düşür.

Futbolbaşlayır.

Şərhçi həvəslə,coşquyla şərhə başlayır. Böyük ümidlərlə oyunun başlamağını elan edir,komandamıza uğurlar arzu edir. Və elə hər şey də bundan sonra başlayır. Bu əla əhvalruhiyyə cəmi bir neçə dəqiqə çəkir. Oyun boyu bir-birini başa düşməyənfutbolçularımızın topdan qorxmaqlarından tutmuş, hara-gəldi zərbə vurmaqlarınakimi – bütün bunları şərhçilərimiz görməsək də əminəm, yumruqlarını sıxa-sıxa şərhedirlər. Və içlərindəki bu hirsi biruzə vermirlər. İşin ən kədərli tərəfi isəbudur ki, oyun ərzində bir neçə epizodda təhlükə yaratmağa nail oluruq. O zamanşərhçimizin coşqusu artır, "budur, futbolçularımız hücumdadır” deyə səs tonunuqaldırır, qaldırır, qaldırır, elə bilirsən ki, bu dəqiqə qol olacaq və anidən yazəlzələdən, ya vəlvələdən ya futbolçumuz topu itirir, ya da dəxli olmayan yerəzərbə vurur. Beləcə şərhçinin təzəcə qaynamaqda olan coşğusu nakam sönür. Yavaş-yavaşhesab böyüyür, məsəlçün, Slovakiya bizə 5 qol vurur. Hətta şərhçilərimiz bu coşğuya o qədər ac olurlar ki, 5 qol yeyibcavabında 1 qol vuranda belə, elə qışqırarlar ki, sanki 10 qol vurmuşuq. Neyləsinlər?

GündüzAbbaszadə oyun zamanı bir söz dedi, elə kədərləndim ki...

"Slovakiyafutbolçularının aldatmadığı bircə mən qalmışam”.

Ürəyimağırıyır, vallah. Yazıqdı bizim şərhçilər. Nə qədər davam edəcək bu zülm?Onların hansını həkimə aparsanız, nevroz diaqnozu ilə müalicə yazarlar. Psixoloqadərdlərini danışsalar, deyərlər ki, müəllim, siz gedin heç kim olmayan bir yerdə,ya dağ başında, ya meşədə ürəkdən qışqırın. Stresə xeyirdir, mənfi enerjilərinizicanınızdan çıxaracaq.

Həttagüman edirəm ki, milli yığmamızın oyunlarına şərhçi təyin olunmaq, şərhçilərimizinən arzuolunmaz iş günü olur.

TƏKLİF:

Əzizim,AFFA! Hərçənd ki, sənin adını OFFa qoysaydılar daha yaxşı olardı. İllərdir bizə"off” dedirtməklə məşğulsunuz. Və həm də ki, dünyəvi dövlətik. Dünya dilindədanışmaq da ki dəbdir. Adını da dünya dilinə uyandır. Ingilislərdə "OFF” çəkilçiolsa da, biz onu texnika dili ilə "sönmək” kimi qəbul etmişik. Məlum, siz dəsönmüsünüz.

Təklifedirəm ki, heç bir zada yaramayan bunca pul xərcləməklərdən, məşqçi gətirməklərdənsonra, üz tutasınız Miribiş pirinə. O qaloş sürtən kişidən rica edəsiniz ki,futbolçularımız üçün 11 cüt qaloş versinlər. Meydançada ora-bura boş-boş qaçmaqüçün 1000 manatlıq butsilərə ehtiyac yoxdur. Bəlkə bu qaloşlar futbolçularımızafövqəlgüc bəxş elədi. Həm də dünya mətbuatında sensasiya olar. Hamı bizdənyazar. Heç olmasa, məğlubiyyətimizlə yox, qeyri-adiliyimizlə dünya mətbuatındaAzərbaycanın adını ucaldarıq.

Sonda məndənfutbolumuz haqqında soruşan dostlarımı sözümü qadınların ənənəvi cümləsi iləbitirirəm:

"O nədi,sən Allah?! O boyda kişilər bir topundalınca dəli kimi o yana qaçır, bu yana qaçır”.

Səsinizieşidirəm, deyirsiniz:

"Vallah,heç düz-əməlli qaça da bilmirlər!”

TƏQVİM / ARXİV