adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: MÜƏLLİM UNUDULSA...

FAİQ QİSMƏTOĞLU
47693 | 2019-06-14 13:53

... Budünyada bir Allahın, bir valideynin, bir də müəllimin borcundan hələ heç kim çıxabilməyib. Çıxan varsa desin, biz də onun adını və soyadını yazaq!

... Vaxtiləbir oğul valideynlərinə çox yaxşılıq eləyib; onlara şərait yaradıb, əyin-başalıb və hər ay da pul-para göndərib. 10-15 ildən sonra o oğul göndərdiyi puluda kəsib, ata-anasına da dəyməyib. Bu soyuqluğu görən ata qatara minib düzgedib Bakıya. Sifariş göndərməsinə baxmayaraq, oğlu onu qarşılamayıb. Taksiyə əyləşibmaşını sürdürür oğlugilə. Qapının zəngini basır, nəvələri qapını açıb görürlərki, babaları gəlib, sevinə-sevinə atalarının yanına qaçıb bu xəbəriçatdırırlar. Kişi içəri girir, görür ki, oğlu çarpayıda uzanıb televizorabaxır.

Atasıoğlunun bu soyuqluğundan əsəbləşir və deyir:

- Ayoğul, neçə aydır ata-anandan xəbər tutmursan. Hətta bizə gəlib dəymirsən və köməkdə eləmirsən...

Oğlu çoxsakit halda dillənir:

- Ayata, tay mən sizin borcunuzun hamısını qaytarmışam. Bəlkə yalan deyirəm? Heç biroğul mənim kimi ata-anasına baxmır: qa deyəndə su vermişəm, qu deyəndə ət! Həmişə əyninizə-başınıza paltar almışam, xərcləməyəpul göndərmişəm. Tay mənim sizə nə borcum qalır, de onu da qaytarım?!

Ağsaqqaləsəbindən dodaqlarını gəmirir:

- Düzdeyirsən bala, çox övladın eləmədiyini sən eləmisən, Allah üzünü ağ eləsin!Amma axırıncı hərəkətlərin onların hamısının üstündən xətt çəkdi. Soruşursanki, mənim sizə nə borcum var, de onu qaytarım! Hə, sənin mənə və anana birborcun var: sən uşaq olanda boynumuza alıb çılpaq halda kəndin o tərəfinə, bu tərəfinəsəni öpə-öpə aparardıq. İndi sən də çılpaq halda məni boynuna al, o tərəfimdən-butərəfimdən öpə-öpə kənd boyu gəzdir. Bax, bunu eləsən, borcumuzu qaytarmışolarsan!..

Oğlu səhvinianlayır və qucaqlayıb atasını bağrına basır:

- Qələteləmişəm, başımı da daşa döymüşəm. Mən sizin borcunuzu heç vaxt qaytara bilmərəm!

Bu hərəkətoğluna dərs olur və ömrü boyu ata-anasının qulluğunda dayanır...

Bayaqdedik, bizim üç böyük varlığa borcumuz var – istər nökər olaq, istərsə də şah!O üç varlığın heç birinin borcunu qaytara bilmərik. Sadəcə olaraq, sevindirəbilərik... Onların qəlbində sevgi yarada bilərik... Onların ürəklərinin dərinliyindəəməli-saleh işlərimizlə iz qoya bilərik...

J.Dantonungözəl bir kəlamı var: "Çörəkdən də çox xalq üçün ən vacib şey məktəbdir”. Nə qədərgözəl və unikal bir deyim! O məktəb ki, kimliyindən asılı olmayaraq hamı o müqəddəsyerə 10-11 il ayaq döyür, müəllimlərdən elm öyrənir, tərbiyə alır. Və bu tərbiyənidə onlara məktəbdə çalışan müəllimlər verirlər. Pis müəllim yoxdur, pis şagirdola bilər. İstedadsız şagird də olmur. Sadəcə olaraq, zəhmət çəkən şagird dəvar, tənbəli də...

... Hamıkimi mən də məktəbə getmişəm. Düz 10 il Bəhmənlidəki məktəbdə oxumuşam. Mənim dəsinif rəhbərim, müəllimlərim olub. Və bu müəllimlərin tərs şilləsini də yemişəm.Şillə sifətimdə güllə kimi partlayıb. 4-cü sinifdə oxuyanda qəsdən əlimi rəhmətlikMəcid müəllimin qoltuğunda apardığı dəftər bağlamasına vurdum. O da gördü ki,müəllimə sataşıram, qulağımın dibindən bir şillə ilişdirdi. Heç qorxumdan əmimə(biz atamıza əmi deyərdik – F.Q.) də demədim.Ağlaya-ağlaya sinifə girdim, Həqiqət müəllimə bunu gördü. Gedib müəllimlərotağında Məcid müəllimin abrını ətəyinə bükmüşdü. Ki, uşağı niyə vurmusan? Məcidmüəllim də hər şeyi olduğu kimi demişdi. Məcid müəllim düz eləyib mənimqulağımın dibindən o şilləni vurmuşdu. O şillənin hesabına mən və mənim sinifyoldaşlarım adam oldular.

... Heçvaxt 1-ci sinifə getdiyim gün yadımdam çıxmır. Onda bizim sinif rəhbərimiz vəmüəllimimiz rəhmətlik Rza müəllim idi. O, bizə əlifbanı, yazı yazmağı, hesabıöyrətdi. Və mən də ilk vaxtlar Rza müəllimi razı sala bilmirdim, zəifoxuyurdum. Həmişə də məndən çox narazı idi. O, ən çox sinifimizdə mamam oğlu Təbrizi,Baratı, Zülfüqarı, hətta Abbasın oğlu Veysəli tərifləyərdi. 4-cü sinifdə bizəali məktəbi yenicə bitirmiş gözəl bir qız dərs deməyə başladı. Və bu gözəl qızilk dəfə idi ki, sinif otağına girirdi və ilk dəfə idi ki, bizə dərs deyirdi.Bu, Həqiqət Rzayeva idi! O Həqiqət Rzayeva ki, 30 nəfərin hər birinin üstündəyarpaq kimi əsirdi və deyirdi ki, mən sizin hamınızı oxudacam. Hətta mənim kimizəif oxuyan şagirdlər bu müəllimin istedadı və bacarağı hesabına üzə çıxmağabaşladılar. Artıq 2-ci rübdə mən əlaçıçıxdım. Buna bütün məktəb təəccüblənirdi, bircə Həqiqət müəllimədən savayı! Oda deyirdi ki, bu uşaqların hamısının istedadı var. Sadəcə olaraq, o istedadı tərpətmək,tapmaq və hərəkətə gətirmək lazımdır. O böyük müəllim də bizim sinifdə hamının "boşdamarını” tuta bildi, istedadını üzə çıxardı və adam elədi. Nə qazanmışıqsa, bugün biz Həqiqət müəllimə kimi gözəl insanlara minnətdarıq...

FüzulininBöyük Bəhmənli kənd orta məktəbində müəllimlər müəllimi vardı. Onları barmaqlagöstərirdilər. Biz onların qorxusundan toya gedə bilməz, getsək də elə edərdikki, müəllimlər bizi görməsinlər. Çünki bu müəllimlərdən biz atamız, anamız qədərqorxar və çəkinərdik. Qorxu ilə yanaşı, Allaha and olsun ki, biz o müəllimləriata-anamız qədər çox istəyərdik. Rza müəllim rəhmətə gedəndə hamımızın gözüyaşlı idi. Elə bil ki, atamızı, anamızı itirmişdik.

Mənə dərsdemiş müəllimlərin əksəriyyəri bu gün Allahın dərgahına qovuşub. Və dünən dəümumtəhsil məktəblərində "son zəng” səslənib. Hər "son zəng”də yadıma mənə dərsdemiş və dünyasını dəyişmiş müəllimlər düşürlər – rəhmətlik Əvəz müəllim yadımadüşür... Cəlal müəllim yadıma düşür... Nuğay müəllim yadıma düşür... Rza müəllimyadıma düşür... Valeh müəllim yadıma düşür... hər iki Mətləb müəllim yadımadüşür... İsa müəllim yadıma düşür... Saleh müəllim yadıma düşür... Balaca müəllimyadıma düşür... Ənvər müəllim yadıma düşür... Əkbər müəllim yadıma düşür... Qəzənfərmüəllim yadıma düşür... Cavanşir müəllim yadıma düşür... Cəmil müəllim yadımadüşür... Həşim müəllim yadıma düşür... Məhəmmədəli müəllim yadıma düşür...Yadıma düşməyənlər varsa, ruhları məni bağışlasın! Və bir də yadıma bu gün dətez-tez görüşdüyüm və bu gün də xatırladığm Həqiqət müəllimə düşür! O Həqiqətmüəllimə ki, mənim yolumda çox əziyyətlər çəkib və həmişə də deyirəm ki, müəllimə,zəhmətini, əməyini halal elə! O da çoxdan mənə halallıq verib...

Biz müəllimlərəəzab-əziyyətdən, qayğıdan savayı heç bir şey verməmişik. O cəmiyyətdə ki, müəlliməsevgi azalır, o yerdə ki, müəllimə münasibət mənfi olur, həmin cəmiyyətdə və həminyerdə Allaha and olsun ki, haqq-ədalət, işıq ola bilməz! O yerdə cəhalət vəqaranlıq hökm sürər! Müəllimlərin yeri həmişə yuxarı baş olub... Müəllimlərinyeri qəlbimizin, ürəyimizin, dünyamızın özü olub... Müəllimlərin yeri bizim hərbirimizin ömründə, həyatında, kədərində, sevincində görünür...

... Eləbir insan olmaz ki, onun müəllimi olmasın. Müəllim təkcə insana elm və tərbiyəvermir. Müəllim cəmiyyətə insanlıq, sevgi, məhəbbət və işıq ötürür, insanlaradüz yol göstərir. Bəzən görürsən ki, bu işığa, bu nura barmaq tıxayanlar var.Bu gün cəmiyyətimizdə müəllimə münasibət heç də birmənalı deyil. Çünki çoxlarıbu böyük insanlara, bu aydınlara, bu böyük işığa dəyər verə bilmir. Və hətta müəlliminüstünə hər cür çirkab atırlar. Düşünmürlər ki, bu çirkab gəlib o çirkab atanınüstünə düşəcək...

... HeçGünəşə, heç Ulduza, heç Aya çirkab atmaq olarmı? Kimsə atırsa, onun içi, onunvarlığı və ürəyi zülmət içindədir. Çünki zülmət içində olan o cahil, o nadankar, kor, laldır. Və kar, kor, lal olan bu cür adamlar heç vaxt nə Günəşinistiliyini, nə Ulduzun böyüklüyünü, nə də Ayın əzəmətini hiss eləyə bilməz.

... Sizibilmirəm, bizim ailədə, bizim nəsildə müəllimə zamanından və məkanından asılıolmayaraq, həmişə böyük hörmət, sevgi olub. Atamın imkanları çox geniş idi.Evimiz elə bir vaxt yox idi ki, qonaq-qarasız keçsin. Raykomdan tutmuşprokurora, rəisə, məhkəməyə qədər hamısı bizə gəlib-gedərdi. Amma atam masanınyuxarı başında məktəbimizin direktoru rəhmətlik Əvəz müəllimi əyləşdirərdi vədeyərdi ki, Əvəz müəllim olan yerdə həmişə işıq olub, nur olub və bir də haqq-ədalətolub. Bu fikirlə bizə gələn qonaqlar da razılaşar, Əvəz müəllimə çox böyük hörmətləyanaşardılar.

Biz bugün cəmiyyətdə müəllimə olan o böyük sevgini yaratmalıyıq... Müəllimə olan oböyük sevgini geri qaytarmalıyıq... Biz bu gün nüfuzlu, samballı, ziyalı müəllimləriməclisimizin yuxarı başında əyləşdirməliyik... Və biz əsl müəllimləri ürəyimiz qədər, qəlbimiz qədər,gözümüz qədər qorumalıyıq. O gözləri qoruya bilməsək, öz gözlərimiz də korolacaq...


TƏQVİM / ARXİV