adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Fazil MUSTAFA: Bu nə düşüncə, bu nə anlayış!

FAZİL MUSTAFA
111114 | 2019-07-30 08:15

Cümə günü keçmiş baş nazir Pənah Hüseyn telefonlaarayaraq bir neçə partiya sədrləri ilə birlikdə Azərbaycandakı ictimai-siyasi vəziyyətimüzakirə etməyi təklif etdi və bildirdi ki, görüşdə BAXCP sədri Q.Həsənquliyev,BAP sədri E.Musayev və AMİP sədri A.Əlizadə iştirak edəcək. Bütün mədəni siyasivə elmi müzakirələrə açıq bir şəxs kimi təklifi qəbul etdim və bir kafedə çaysüfrəsi arxasında gilas mürəbbəsinin də müşayəti ilə maraqlı müzakirə apardıq.Yəni siyasi kimliyi olan bir neçə azərbaycanlı oturub bir arada normal, səmimi, ölkəmizin daxil və xarici durumunu müzakirə etdik. Nə yeni bir təşkilatyarandı, nə kimsə-kimsəyə yumruq atdı, nə hansısa təşkilatın və şəxsin əleyhinədanışıldı. Bir saata iki çaynik çay istehlak edərək ayrıldıq. Sonda Pənah bəysöylədi ki, bu qeyri-rəsmi söhbətləşmə barədə sosial şəbəkədə və mətbuatdabilgi vermək istəyir, orada olan partiya sədrlərindən kimsə buna etiraz etmədi.Sonra Pənah bəy bu görüş barədə öz profilində qısa bir mətn içində bilgi yazdı.Yəni bura qədər hər şey yolunda getdi. Bəs sonra nə oldu? O oldu ki, Azərbaycandacəhalətın, nadanlığın, danabaşlığın yalnız dini sferada baş alıb getmədiyi, həmdə siyasi sferada tüğyan etdiyi üzə çıxdı. İçində qondarma professoru, siyasətbilicisi və başqa kateqoriyadan olanlar rəy yazaraq düşdülər Pənah bəyin üzərinəki, bəs sən niyə Milli Məclisdə təmsil olunan mənimlə və Qüdrət bəylə görüşmüsən?Allah-allah, bu ölkədə həqiqətən keçinin qoturu özünə sığışdırıb bulağın gözündənsu içmək istəmir! Bu nə düşüncə, bu nə anlayış! Başqa xalqlar deyirlər ki,siyasətçilərimiz bir araya gəlib mədəni müzakirə aparsınlar, ölkənin problemlərindənçıxış yolları axtarsınlar, bunlar isə əksinə, deyirlər ki, niyə bir-birinizədüşmən olmursunuz. Sonra da hakim partiyaya irad bildirirlər ki, niyə müxalifətlədialoq aparmır. Bu cür xəstə müxalifətçiliyin daşıyıcıları olan yerdə bumüzakirə necə aparıla bilər? İnanın ki, bəndəniz istər iqtidarda, istər müxalifətdə,istər də siyasətdən uzaq fəaliyyəti olan hər hansı bir azərbaycanlı görəndə həvəsləmüzakirə aparıram ki, ölkəmizin gələcəyi üçün hamımız birlikdə necə hərəkət edəbilərik? Cahil, nadan iqtidarçı və ya müxalifətçi görəndə məyus oluram ki, birdənbunların sayı daha çox olar və ölkəmizin gələcəyini sağlam təməldə qurmaarzularımız gerçəkləşməyə bilər. Düzsünüzsə, dürüstsünüzsə, yalandan müxalifətçidonuna girib başınızı illər boyu boşuna girələməyin, iqtidarlı-müxalifətli Azərbaycanabağlı insanlarla dialoqdan imtina etməyin, ölkəmizi gözləyən xarici və daxili təhlükəyəqarşı vətəndaş fəallığı göstərin, göstərməsəniz belə, azərbaycanlılar arasındabarışmazlıq baryerlərini aradan qaldırmağa çalışanlara heç olmazsa maneolmayın. Milli Məclisdə təmsil olunmağa gəldikdə isə, bir şey deyə bilərəm ki,bütün platformalarda yalnız öz mövqeyimi- doğruluğuna əmin olduğum, millimaraqlarımız üçün zəruri hesab etdiyim, vətəndaşımızın dərdinə az-çox məlhəmola biləcək mövqeyi sərgiləyirəm. Ağıllı insanlara bunun əlavə şifrəsini açmağagərək varmı?

Bütün səmimidialoq aparanların içdiyi çaylar nuş olsun!


TƏQVİM / ARXİV