SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: LAP AĞ ELƏYİBLƏR EY...

  40106   |  
Şriftin ölçüsü  

... Vallah, bu qəzetləri, bu saytları oxumalı deyilik. Elə şey yazırlar ki, adamın ayağının altından yer qaçır və qalırsan mat-məəttəl. Məsələn, bir neçə gün bundan əvvəl saytlardan biri yazır ki, bəs filan icra başçısının Bakıda müxtəlif yerlərdə 23 villası var. Əksər rayonlarda imarətləri, təsərrüfatları 2000-dən çox camışı, qoyun-quzusu... Hələ biz onu demirik ki, o saytların yazdıqlarına inansaq, onun nə qədər taxıl sahələri, biznes şəbəkələri, hotelləri fəaliyyət göstərir. Bax, adam burda bu deyilənlərə təəccüblənir və inana bilmirik ki, bir başçının bu qədər böyük var-dövləti olar?! Lap bəzi qəzet və saytlar da ağ eləyib ey!..

Elə yekə-yekə yalanlar yazırlar ki, adam o yazılanları oxuyanda gözü böyüyüb olur dünya boyda. Və qalırsan qəribə-qəribə hadisələrin içində. Belə çıxır ki, elə icra başçılarının bir çoxu, nazirlərin bir çoxu, millət vəkillərinin bir çoxu bu ölkəni çapıb-talamaqla məşğulıdur. Yoxsa halal zəhmətlə bu boyda işləri necə görmək olar? Bir nazir büdcəni dağıdır, bir icra başçısı rayonu söküb üstünü altına çevirir, bir rəis də qaz vurub qazan doldurur. İndi gəl camaatı inandır ki, balam, bizdə icra başçıları, nazirlər, nə bilim rəislər təmiz işləyirlər. Bir-iki milyonluq villanı, malikanəni heç vaxt əmək haqqı ilə, halal zəhmətlə tikmək olmaz. Bəlkə kimsə tikə bilər, deyə bilmərik. Əgər halal yolla tikibsə, halal xoşu olsun!

Bizim kənddə Bəhram kişi vardı. Düz 30 il Bəhmənlidə poçtun müdiri işləyib. Heç kim deyə bilməz ki, Bəhram kişi kimdənsə 5 manat pul umub. Hətta bəziləri əlaçıqlıq edib bir-iki manat qoyub gedəndə Bəhram kişi o pulu geri qaytarıb. Pulu götürməyənin dalınca o pulları tolazlayıb. O 30 ildə qış vaxtı cəmi bir "qalınça” geyinərdi. Elə ömrünün sonuna qədər də o qalınçanı geydi. Dünyasını dəyişəndə Bəhmənlidə hamı təmiz və gözəl kişiyə görə, məyus oldu. Yəni təmiz ad, təmiz həyat onun devizi idi və həyatını da o cür görürdü...

İndi də elə vəzifəli şəxslər var ki, həyatını villaların, malikanələrin, böyük biznes şəbəkələrinin içində görür. Nə qədər var-dövlət qazansalar da gözləri doymur ki, doymur. Bu qədər bahalı villalar var ey, heç biri Həsənqulu kişinin deyil. Hamısı nazirlərin, icra başçılarının və digər vəzifəli şəxslərindi. Bu qədər varı, dövləti vallah, halal yolla qazanmaq mümkün deyil.

Elə dövlətin büdcəsini də dağıdanlar, milyardları mənimsəyənlər sayı-hesabı bilinməyən villa və biznes sahibləridir. Onların isə hələ ki, heç kəs qarşısını ala bilmir. A kişinin oğlu, bir adamın nə qədər evi-eşiyi olar? Bir adamın nə qədər maşını olar? Bir adamın nə qədər hoteli, istirahət mərkəzi, tay nə bilim nəyi olar?

Bəzi İcra başçıları rayonlarda özlərini kiçik padşah kimi aparırlar. Sanki rayonlar onların dədəsinin mülküdü və əmlakıdı. İstədiyi adamın əlindən mülkünü, obyektini və hətta əkin sahəsini alırlar. Hamı da yaxşı bilik ki, rayonda icra başçısnın sözü daşdan keçir. Bir-iki nəfər də düz söz deyəndə başçı onun başına elə oyun açdırır ki, dədəsinin toyu yadına düşür. Dədəsinin toyu yadına düşməməyə görə, rayonda iş adamları, sahibkarlar tay icra başçısı ilə qarşı-qarşıya gəlmək istəmirlər. Qarşı-qarşıya gəlsə və icra başçısının dediyini eləməsə, nəyi varsa əlindən tutub alacaqlar.

Ay rəhmətliyin uşaqları, bir də villalar, hotellər elə onların olmalıdır da! Əgər sən də o villalara, hotellərə, istirahət mərkəzlərinə sayı-hesabı bilinməyən bahalı maşınlara sahib olmaq istəyirsənsə, gərək onda çiyninə şahlıq quşu qona və sən olasan yağlı bir rayonda icra başçısı. Və onda and olsun ki, indi acından ölən adamın da vəzifəyə gəlib çıxmasından sonra gözü ayağının altını görməyəcək və o da az bir müddətdə dediyimiz var-dövlətə yiyələnəcək.

Qardaş, qoy olsun! Amma gərək adamın axırda bir gözü də doysun! Göz doymursa, istəyir min villa da olsa, həmin vəzifəli şəxsin yenə gözü-orda-burda olacaq. Biz demirik ha, bütün vəzifəli şəxslər belədir. Çünki onların içərisində gözü, könlü tox, vicdanlı və namuslu adamlar da var. Yadıma böyük şair Hüseyn Ariflə bağlı bir əhvalat düşür. Hüseyn qağa gedir öz rayonlarına. Prokuror, məhkəmə, rəis onun gəldiyini eşidib təbiətin qoynunda, bulaq başında şairə sazlı-sözlü bir qonaqlıq verirlər. Hüseyn qağa da bulağın şırıltısına baxır, sazın səsini eşidir, cuşa gəlir, bir-birindən gözəl şeirlər oxuyur. Axırda bir şeir oxuyur, o da qonaqlıq verən adamların kefinə soğan doğrayır. Şeirin məzmunu belə olur ki, rayonu prokuror dartdı-dağıtdı, polis rəisi yağmaladı, məhkəmə də axırda onların dərisini soydu. Hüseyn qağa görür ki, tikə onların boğazından keçmir, o dəqiqə "valı” dəyişir. Deyir ki, burda oturan prokuror da, rəis də, məhkəmə də ədalətli və gözəl, yaxşı insandı. Mən onların heç birini nəzərdə tutmuram. Mənim nəzərdə tutduğum və tənqid etdiyim başqalarıdı.

İndi Hüseyn qağanın sözü olmasın, biz də təmiz və ədalətli icra başçılarını, nazirləri, rəisləri nəzərdə tutmuruq. O vəzifəli şəxsləri nəzərdə tuturuq ki, xalqı soyub, dərisinə saman təpib və belə əməllərinə görə də el-obanın gözündən düşüblər. Elin gözündən düşməkdən ağır cəza yoxdur...


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-19
2021-10-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK