SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: YUXU

  79882   |  
Şriftin ölçüsü  

... Elə bir adam yoxdu ki, o, yuxu görməsin. Və bu yuxular da insanların hər an, hər dəqiqə, hər gecə yuxusundan əskik olmur. Hələ indiyə qədər yuxuların necə və nədən baş verdiyini heç kəs aça bilməyib. Hətta elm də, ən böyük alimlər və filosoflar da yuxuyla bağlı elə bir elmi əsaslar və düşüncələr ortaya qoymağı bacarmayıblar. Düzdü, yuxu yozanlar olub və bu yuxunu da yozmağı onlara Allah-Təala qismət eləyib. Yusif Peyğəmbərə Allah-Təala tərəfindən yuxu yozmaq elmi də bəxş olunub. Yəni Yusif Peyğəmbər hər hansı yuxunu çox yaxşı yozarmış və o yuxunu da görən adam yaxşı-pis onun nəticəsini hiss eləyərmiş.

Görünür, Allah-Təala ruh kimi yuxunun da sirlərini öz dərgahında saxlayıb. Yəni onun bütün detalları, incəlikləri və sirləri Allah-Təalanın sirri olaraq qalmaqdadı. Və biz insanlar nə qədər çalışsaq da o sirləri aça bilməyəcəyik.

Mənim özüm də tez-tez yuxular görürəm. Və həmin yuxuların çoxu yadımda qalmır. Yadımda qalanlar isə, istər yaxşı yuxu olsun, istərsə də pis yuxu, mütləq çin çıxır. Başqa sözlə demiş olsaq, mənim gördüyüm yuxular bir də görürsən ki, həyatda özünü olduğu kimi əks elətdirir...

... Bu günlərdə bir yuxu görmüşdüm. Sözün açığı heç xoşuma gəlmədi. Yəni yuxu pis yuxuydu. Rəhmətlik Telli nənəm deyərdi ki, oğul, pis yuxu görəndə onu suya danışın, ya da soğan dişləyin qoyun kənara. Və həmin pis yuxu sizdən uzaq olar. Təbii ki, mən də o pis yuxunu suya danışdım, hətta "Qurani-Kərim”dən dörd surəni oxudum və Allaha dua elədim ki, məni qəzadan, xətadan, bəladan hifz eləsin! Qurban olduğum Allah-Təala müxtəlif vaxtlarda məni nə az, nə çox düz 15 dəfə ölümdən – maşın qəzasından, suda boğulmaqdan və "tok” vurmaqdan xilas eləyib. Min şükür!

... Həmin günü işə gəldim. Və iki dəfə əsəbləşdim. Dedim ki, yəqin olan şeydi. Yolda da bir adam məni hövsələdən çıxardı. "Lənət şeytana” - deyib yoluma davam elədim. Evə qayıtdım, bir stəkan çay içdim. Bir də gördüm qəfil başımdan bərk ağrı qalxdı. Az qala ölmüşdüm. Bir neçə saniyə çəkdi. Təyziqimi ölçdüm, gördüm 220-yə qalxıb. Dava-dərman qəbul edib bir az uzandım. Sonra ayağa qalxıb kompüteri açaraq xəbərlərə baxdım. Bir az da əlimə kitab götürüb Üzeyir Hacıbəyovun felyetonlarını oxudum. Kitabı qatlayıb rəfə qoydum. Axşam saat 10 idi. Divanda bir qədər mürgülədim. Qəfil yuxudan qalxdım, durub mətbəxə getmək istədim. Birdən ayağım necə burxuldusa, çığırtıma o biri otaqdan oğlum gəldi. Topuğumda və ayağımın üstündə şiş yarandı. Tez evdəkilər soyuq su ilə duzlu suyu cunada isladıb ayağımın üstünə qoydular. Amma ağrı get-gedə daha da şiddətlənirdi. Bir sınıqçı tanışım var, gecəylə onun yanına apardılar. Dedi ki, topuqdan aşağı damar gərilməsi olub, bir az da çat var. Anan namaz üstündə işim, nə yaxşı sınmayıb. Yoxsa sınsaydı, ən azı 3-4 ay əziyyət çəkməli olardın. Ayağımın burxulan və şişən yerinə sınıqçı məlhəm hazırlayıb qoydu, sonra da dedi ki, bu resepti sizə verirəm, evdə hazırlayıb hər gün dəyişərsiniz...

... Tərs kimi həmin günün səhəri məni iki toya dəvət eləmişdilər. Hər iki toy da yaxın qohumlarımın idi. Mən də bir yazı yazmışdım və demişdim ki, Allah qoysa o toylarda iştirak eləyəcəyəm. Amma Allah imkan vermədi və o toylara gedə bilmədim. Yəqin qurban olduğum belə məsləhət bilib. Hələ də ayağımın topuğundan şiş çəkilməyib. Axsaya-axsaya bir təhər gəzirəm. Ancaq yenə şükür eləyirəm. Şükür eləyirəm ki, bəs ayağım sınsaydı nə qayırardım? Min şükür! Allahımın mənə verdiyi sevinc də, kədər də çox əzizdir...

... Bir olmuş əhvalat danışmaq istəyirəm. Bilirsiniz nəyə görə? Yəni yazılana pozu olmadığına görə. Qohumlarımdan biri yuxuda görür ki, balaca oğlu suda boğulub ölür. Anası yuxunu durub suya danışır, sonra da qayınanasına bildirir. Qayınanası da deyir, a bala, bu gün uşağı evdən bayıra buraxma, gözün üstündə olsun! O biri uşaqlar hərəsi bir yana gedir, balaca oğlan uşağını da arvad yanında saxlayır. Deyir ki, gözümün qabağında olsun. Arvad sacda yuxa bişirirmiş. Yuxanın birini bişirir, ikisini bişirir və səliqə ilə kənara qoyurmuş. Uşaq da bişmiş yuxalardan bir neçəsini yeyirmiş. Yeməyi bir yana, üstəlik də anasını tez-tez əsəbləşdirirmiş. Axırda anası hövsələdən çıxır, yuxa yaydığı oxlovla onun başına vurur ki, bir az sakit ol! Oxlovu uşağın başına vurmaqla uşaq canını tapşırır. Aləm bir-birinə dəyir...

Bax, elə şeylər var ki, öncədən Allah-Təala tərəfindən insanın taleyinə həkk olunur. Görünür, mənim də başıma belə bir əhvalat gəlməliymiş. Çünki Allahın yazdığına heç bir pozu yoxdur. Şükür Ulu Yaradanın məsləhətinə!..


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK