SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: ... VƏ O BÖYÜK KİŞİ

  50992   |  
Şriftin ölçüsü  

... İstedadlı adamlar gün işığı kimidi. Və bu gün işığı harda olmaslndan asılı olmayaraq, göy üzündən həmişə boylanıb Yer üzünü öz nuruna qərq edib. O işığın, o nurun qarşısını buludlar bir anlıq alsa da, yenidən o işıq dünyanını öz nuruna bələyib...

... Çox istedadlı adamlar tanıyıram və onların bir çoxundan ehtiyat eləyə-eləyə, qorxa-qorxa özlərinin xəbəri olmadan yazılar qələmə almışam. Bu yazıları mənə kimsə xahiş eləməyib və o yazıları ürəyimin, qəlbimin səsiylə yazmışam...

...Yazandan sonra qorxmuşam ki, bu cür istedadlı adamlar, söz ustaları, şairlər, yazıçılar məndən narazı qalarlar. Böyük şair Zəlimxan Yaqub barəsində yazı qələmə alanda da, gün işığı kimi təmiz və duru Vaqif Bəhmənlinin dünyasından yazanda da, istedadlı yazıçı-publisist, millət vəkili, tələbə dostum İmamverdi İsmayılovun və böyük Tofiq Abdinin yaradıcılığından, işıqlı dünyasından danışanda da bu həyəcanları yaşamışam. Yazı dərc olunandan sonra o böyük istedad sahibləri mənə telefon açıblar. Və ilk telefon açan da xalq şairi Zəlimxan Yaqub olub. Səsini eşidəndə qorxmuşdum. Dedim yəqin böyük şairin yazı xoşuna gəlməyib. Dinləyəndən sonra isə ürəyim sakitləşdi. Dedi ki, məni heç kim təəccübləndirməyib, ancaq sən təəccübləndirdin...

... O yazıdan sonra yazıçı-publisist İmamverdi İsmayılovdan, böyük şair Vaqif Bəhmənlidən və böyük publisist Tofiq Abdindən yazılar qələmə aldım. Bilmirən, onlar razı qaldı, ya qalmadı, amma bildiyim o idi ki, mən çətin mövzulardan yapışırdım. Tofiq Abdin deyirdi ki, yaxşı eləyib yazmısan. Sənin yazıların elə bizim özümüzə bənzəyir. Tam fərqli bucaqdan, fərqli tərəflərdən yanaşmısan, hər şey əladı. Ürəklənib bu mövzuda yazılarımı davam elətdirdim...

Mənim bir dostum var – yazıçı-publisist, pedaqoq, gözəl ziyalı Səməndər Məmmədov. Onun "Ədalət” qəzetində çox gözəl yazıları dərc edilib. Amma bir yazısı ürəyimin "sarı siminə” toxunmuşdu. Səməndər müəllim 40 ilə yaxın tanıdığı və duz-çörək kəsdiyi istedadlı jurnalist, yazıçı-publisist Həmzə Vəliməmmədovun "Dağdan ağır kişilər” kitabı haqqında öz ürək sözlərini, düşüncələrini qələmə almışdı. Bu publisist yazını oxuyandan sonra Həmzə müəllimin nə qədər istedadlı, nə qədər böyük ürək sahibi olduğunu, nə qədər vətənini, xalqını sevdiyini duydum. Və onu da duydum ki, Həmzə müəllim elə özü də dağdan ağır kişilərdəndi. Çünki o cür gözəl, publisist yazıları, ancaq dağdan ağır kişilər yaza bilər. Həmin yazıların hər sətrində, hər cümləsində bir insan ürəyi, bir insan qəlbi döyünür. Və Lerikin dağdan ağır kişilərini Həmzə müəllim Azərbaycan oxucusuna tanıtdırır və sevdirir...


"Əməkdar jurnalist” Həmzə müəllimlə bağlı mənə dostum Səməndər Məmmədov o qədər danışmışdı ki, istər-istəməz o böyük kişiyə, o dağ vüqarlı kişiyə mənim ürəyimdə bir sevgi yaranmışdı. Və düşünürdüm ki, elə bu cür ziyalılar ancaq dağ adamları ola bilər. Çünki heç kəsin xətrinə dəyməsin, dağ adamları aranlılara nisbətən daha böyük qəlbə, daha böyük ürəyə, daha böyük, daha böyük, işıqlı dünyaya malikdilər. Onların içdiyi su, udduğu hava təmiz olduğu kimi, özləri də bulaq suyu kimi dupduru olurlar. O adamların qəlbində heç vaxt xəbislik, paxıllıq, xainlik və mərdiməzarlıq ola bilməz. O adamların əlindən ancaq yaxşılıq gələ bilər...

... Bu yaxşı adam, bu nurlu adam mənim dostum Səməndər müəllimlə uzun illər dostluq edib. Belə ki, Səməndər Məmmədov ADU-nun filologiya fakültəsini bitirəndən sonra təyinatla Lerik rayonunun Vistən kəndinə dil-ədəbiyyat müəllimi göndərilib. Həyat yoldaşı Şahpəri xanımla orda düz 4 il müəllimlik eləyib. Və onda da o böyük kişi, Həmzə Vəliməmmədovla tanış olub. Həmin dövrdə Həmzə müəllim rayonda çıxan "Bolluq uğrunda” qəzetin redaktoru işləyirmiş. Üstəlik də Səməndər müəllimin əmisi, "Sovet kəndi” qəzetində şöbə müdiri vəzifəsində çalışan, Məmməd Məmmədovla dostluq edirmiş. Bu dostluğa sadiq olan o böyük kişi Səməndər müəllimə arxa durur, söykək olur və ona bir növ böyüklük eləyir. O, Səməndər müəllimin istedadını görüb qəzetdə çıxış etmək üçün imkanlar yaradır...

Səməndər Məmmədov da Cəfər Cabbarlının 70 illiyi ilə əlaqədar "Sevili sevilən, Yaşarı yaşayan” adlı gözəl bir məqalə yazır. Bu məqalə qəzetdə çap olunur, əks-səda yaradır. Uğurlu yazıdan sonra Həmzə müəllim ona tez-tez tapşırıqlar verir və Səməndər müəllim də maraqlı, orijinal məqalələri, oçerkləri, zarisovkaları ilə çıxış edir. Bu yazılar Səməndər müəllimi rayonda tanıtdırır və sevdirir.

... Bir gün tanımadığım nömrədən mənə zəng gəldi. Sözün düzü, həmin nömrəni əvvəlcə görməmişdim. Amma iki saatdan sonra yenidən telefonuma həmin nömrədən zəng çalındı. Açdım və tanımadığım adamın çox şirin, səmimi və yaddaqalan səsini eşitdim:

- Faiq Qismətoğludu?

- Bəli – dedim.

- Lerikdən sizi Həmzə Vəliməmmədov narahat eləyir.

- Eşidirəm – dedim.

Həmzə müəllim fikrini davam etdirdi:

- Mən sizin bütün yazılarınızı izləyirəm. Özüm də uzun müddət qəzet redaktoru işləmişəm, səksəndən çox yaşım var. "Ədalət”in hər nömsini maraqla oxuyuram. Elə yazılarınız var ki, hətta kəsib saxlamışam. İndiki qəzet bolluğunda yaxşı yazılar çox azdı. Mövzularınız rəngarəngdi, maraqlıdı və oxucunu özünə çəkir...

... Sözün düzü, belə bir böyük ziyalının telefon açmağı və yazılarım haqqında xoş söz deməyi məni çox sevindirdi. Yəni Həmzə müəllim kimi istedadlı, təcrübəli, savadlı jurnalistin, yazıçı-publisistin bu cür fikirlər səsləndirməyi bir müəllif olaraq məni daha çox məsuliyyətli olmağa və axtarışlar aparmağa səsləyir. Əlbəttə, təcrübəli, savadlı ziyalılardan çox şey öyrənmək lazımdı. Təəssüf ki, bu gün bizim bir çox istedadlı gənclərimiz nə yaşlı nəslin tövsiyələrini qəbul edir, nə də iradları ilə razılaşırlar. Elə bilirlər ki, alçaq dağları onlar yaradıb. Amma bilmirlər ki, ağac nə qədər bar versə, başını dik tutmur, özündən razı olmur və başını aşağı əyir...

... Şəxsən mən həmişə özümdən istedadlı, savadlı və təcrübəli yazarların bütün tövsiyələrini, iradlarını qəbul eləmişəm və göstərilən iradları da aradan qaldırmışam. Vaqif Bəhmənli kimi istedadlı və böyük bir şair həmişə deyir ki, sənin ən zəif yazılarını da oxuyuram. Dəfələrlə mənə o böyük şair yazılarıma görə, iradlarını bildirib və mən də o nöqsanları aradan qaldırmışam. Sonra görüşəndə deyib ki, bax, indi hər şey öz axarında gedir...

... Və mən Həmzə müəllimin, o böyük ziyalının ancaq səsini eşitmişəm və bir də dostum Səməndər müəllimin onun haqqında bitib-tükənməyən bal kimi şirin söhbətlərini dinləmişəm. Eşitmişəm ki, Həmzə müəllim dağdan ağır kişilərdən biridi... Eşitmişəm ki, Həmzə müəllimin dağ boyda ürəyi var... Eşitmişəm ki, Həmzə müəllim bir adama yaxşılıq eləyəndə onun sevincini yaşayır...

... Köhnə kişilər və dağdan ağır kişilər həmişə belə olublar; heç vaxt özlərini çəkib dağın başına qoymayıblar. Sadə, zəhmətkeş adamlara vəzifədə olanda heç vaxt yuxarıdan aşağı baxmayıblar. Ona görə də vəzifələri olmayanda onlar əməli-saleh işlərinə görə, öz xalqının, millətinin gözünün içinə dik baxıblar. Və Həmzə müəllim də belə kişilərdən olub. Nəinki Lerikdə, Azərbaycanda onu hamı ağayanə, mərd və sözünün sahibi olan kişi kimi tanıyır. Və ona görə də bu gün onun elin, obanın və camaatın qarşısında alnı açıq, üzü ağdır...

... Onun səsini dinlədim və o səs bu gün də qulaqlarımda səslənir. Və o səsdə mən bir bal şirinliyi, bir əzəmət, bir qürur, bir ağsaqqallıq hiss etdim. Hiss etdim ki, dünyamız bu cür dağdan ağır kişilərin çiynindədir. O çiyin dağdan ağır yükü daşımağı bacarıb və bacarır...

... Və o böyük kişi ilə bağlı yazımı dostum və qonşum Səməndər Məmmədovu Həmzə müəllimin 75 illiyinə həsr etdiyi şeirlə tamamlamaq istəyirəm:


Od kimi alışdın, sönmədin heç vaxt,

Doğru-düz yolundan dönmədin heç vaxt,

Öz uca zirvəndən enmədin heç vaxt,

Qələmin itidir, ay Həmzə qağa,

Sözün qiymətlidir, ay Həmzə qağa.


Haqqa sən haqq dedin, haqqı danmadın,

Budaqdan-budağa uçub qonmadın,

Arxan, dayağındı öz təmiz adın,

Yazıb-yaradırsan, ay Həmzə qağa,

Belə yaşayırsan, ay Həmzə qağa.


Satmadın sözünü sərvətə, vara,

Sən ağa ağ dedin, qaraya qara.

Hər kəlmən nur oldu qaranlıqlara,

Çağlayır ilhamın, ay Həmzə qağa,

Təmizdi vicdanın, ay Həmzə qağa.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK