adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Uzun gecələrin yuxusuzluğu - Şahnaz Şahin yazır

Şahnaz ŞAHİN
75361 | 2020-04-12 08:20

Qış gecəsinin öz qaydaları var, yazılmayan.Televiziya olmayan zamanların bir,sonrakı dönəmlərin də başqa qaydaları, məşğuliyyətləriolub., indi də üstəgəl yeni informasiya texnolojisi. Adamlar daha çox məşğulgörünür,daha çox zehni gərginlik yaşayır. 

Nəticədəbeyin yüklənir, yuxu pozulur, iş qabiliyyəti düşür aşağı.., hələsağlamlığımızın qarantı olan zəhmətkeş immun sistemi demirəm ! Bəli ilksağlamlığa ziyan dəyir, həkimlər yatmazdan azı bir saat öncə electroncihazlardan gen durmağı məsləhət görür, edə bilirikmi..? Onda buyurunqarşılayın ard-arda gələn nəticələri.., eynən mənim kimi . 

….Yuxunungələn vaxtı var, gərək onu ötürməyəsən…O da axşam saat on birdən gecə birə qədərdi..Yuxuqatarına gecikdinsə deməli sabahı diri gözlü açacaqsan!..Bir də var sözadamlarına "əyan olan” vaxt, bu o vaxtdır ki, ya əvvəldən yatmağa qoymur, ya dalap şirin yuxudan çəkib oyadır..Hər iki vaxt İlahidən olduğundan şərəfdi, borcumuzduonun xidmətində dayanmaq. 
Gecəyarısı yenə gəlmisiniz,
yurdsuz,yuvasız,

Lazımlı, lazımsızinformasiyalar evimizin içinə yox,daha ən yaxın "dostumuza,sirdaşımıza”çevrilmiş müasir telefonlara gəlir, açıb oxumaya bilirsənsə oxuma!..

tökülübyan-yana yatasınız

kağız döşəklərüstə davasız-şavasız.

Yox,qardaşım,sözlər!

Dostumsözlər!..

Nə vaxt bəssizinlə

veribçiyin çiyinə,

hücum edəcəyikmənaların çiyinə!?..

Əli Kərimdeyirdi bunları, sözlərdən ordu düzəltmək istəyən şair…

...Sözə əvvəldən həssasam, lap orta məktəbillərindən. Sözlə ölə də bilərdim, qala da! Bunu sinif yoldaşlarım da bilirdi, müəllimlərimdə. Şeir əzbərləməkdə, onu ucadan pafosla söyləməkdə çətin mənlə tən gələnolardı...Heç kəsi incitməzdim, həm də heç kəsin məni incidəcək söz deməsinə yolverməzdim...Yox, uşaq idim,özünü sevmək filan bilmirdim onda, sadəcə müşahidəm,təhtəlşüurum güclü idi, harda, kimlə necədavranmaq lazım olduğunu bilirdim. Bax elə əlahəzrət SÖZlə də o illərdə öyrəndimmünasibət qurmağı və həm də bu münasibəti saxlamağı. Bəs nə, SÖZdü axıqarşındakı!...Materiya deyil ki, toxunasan, insan da deyil gözünə yaxşı görünməyəçalışıb özünü sevdirəsən.. Bu sadəcə SÖZdür, SÖZ...

Fizulibabam demiş :

Xəlqəağzın sirrini hərdəm qılır izhar söz,

Bu nəsirdir kim, olur hər ləhzə yoxdan var söz....

Ver sözəehya ki, tutduqca səni xabi-əcəl,

Edə hər saətsəni ol uyqudan bidar söz...

Sözünün qədri nədirsə,sən özün də o qədərsən, azdanış amma qiymətli söz de, ağzından çıxan sözlər gövhər dənələri kimi ətrafa dağılsın,sözünün ətrindən dinləyənlər feyziyab ola bilsin..!

...Ammaqloballaşmanın, dünyanın sərhədlərinin yaxınlaşdığı, bir vaxt ağıla sığmaz dərəcədəböyük, nəhəng hesab edilən Yer kürəsinin indi ovcumzda döyündüyü zamanda və üstəliksözün də deqradasiyaya uğradıldığı əsrdə asan deyil "başını başlara” qatmaq, sözünüdəyərli etmək.

Söz dəsahibsiz zadsız deyil ki, ortada qalmayıb ki, hər yetən bir daş ata (hərçəndki, atır..),vura SÖZ sala yerə!..(hərçənd ki, salır, amma düşən sözün cəsədiolur..)

Gər çoxistərsən, Fizuli, izzətin, az et sözü,

Kim, çoxolmaqdan qılıbdır çox əzizi xar söz...

...Dünəngecədən gəlişini, gülüşünü gözlədiyim, addım səslərinə diksinib qalxdığım, kağız-qələmiyollarına sərdiyim ədalı SÖZ şahzadəsilə xeyli dərdləşdik, söz verib söz aldıq,əhdimizi təzələdik və Fizuli babamın ruhuna sadiq olacağıma söz verdim SÖZə...!

Şəkil çəkirəm

Mən də bircürə şairəm,

"AH”la şəkilçəkirəm.

İnanmırsangəl otur

Yoxla, şəkilçəkirəm..

Qoy qırağakətanı,

Gey əyninəbutanı.

Ağrıyanda solyanım,

Sağla şəkilçəkirəm.

Bir az rəngqoy saçına,

Həmrəngolsun acına.

Bir sözqoy bəxt ucuna

Yolla, şəkilçəkirəm...

Həryazılan SÖZ deyil,

Hər görənəgöz deyəm!..

Min üzüvar dözməyin,

Allah, şəkilçəkirəm...


TƏQVİM / ARXİV