SON DƏQİQƏ:

SAĞLAMLIQ - Seyfəddin Altaylı yazır

  115055   |  
Şriftin ölçüsü  

Xalq içində mötəbər bir nəsnə yox dövlət kimi,

Olmaya dövlət cahanda bir nəfəs səhhət kimi.

Muhibbi

Təqribən altı ay qabaq corona deyilən bu xəstəlik yoxdu.

Böyüklər xüsusilə gənclərə onların sağlamlıqla əlaqəli şeylərə saymazyana yanaşdığını gördükdə "Ay balam, sağlamlığın qədrini bilin" deyərək öyüd-nəsihət verirdi. Ancaq o vaxt deyilən bu söz o qədər də effektli olmurdu, çünki hər bir kəs öz kefinə görə yaşayırdı. Gənclər Tanrı tərəfindən özlərinə bəxş edilən cavanlığın enerjisi ilə heç nəyi veclərinə almırdı. Bəs indi! Deyəsən atmosfer tamamilə dəyişilib. Mikroskopik bir virus bəşəriyyəti lərzəyə gətirib. Dünyanın super gücləri olan ABŞ, Rusiya, Çin, İngiltərə, Almaniya, Fransa kimi ölkələr Covid-19 qarşısında diz çöküb. Bu bəlanı hansı dövlət yüngül xəsarətlə yola salsa, gələcəyinə daha böyük inamla baxa bilər.

Hər gün bu xəstəliyə çarə tapılması haqda cürbəcür xəbərlər yayılır. Bir-iki gün qabaq yayılan bir xəbərə görə, Oxford Universiteti xəstəliyə çarə olan bir dərmanı ixtira edib və prezident Tramp bütün dünyaya kifayət edəcək sayda dərmanı həmin şirkətdən satın alaraq müqavilə bağlayıb, yəni bu dərmanı inhisarına keçirib. Dərmanın bir hissəsini Almaniyaya, bir azını Fransaya, bir azını da Hollandiyaya ayırıb. Bəzi oxucular niyəsini soruşa bilər, ancaq deməliyəm ki, müstəmləkəçilik siyasətini yeridənlər, birinci və ikinci dünya müharibələrini də çıxaranlar bunlar deyildi!?

Əsas məsələ Trampın bu davanı inhisarına alması deyil, onun qiymətidir. 6 dozalıq dərmanın qiyməti üç min dollardan artıqdır. Bu da o deməkdir ki, tacir Tramp dünyanı soyub soğana döndərəcək, ölkəsini bu xəstəlik səbəbilə varlandıracaqdı. Allah insanlığı onun caynağına salmasın. Dünyada bu qədər pulu öz vətəndaşları üçün hansı dövlət boynuna götürə bilər! Çətin məsələdir. Mən Trampı günahlandırmıram, o tacirdir. Həəə, atalar deyib, ot öz kökü üstündə bitər.

Bir vaxtlar Amerika deyilən qitənin varlığı hələ bilinmirdi. Haçan ki, Ameriko Vesbuçi, ondan sonra da Kristof Kolumb qitənin varlığını kəşf etdi, o qitədə yaşayan insanların da talei tərsinə döndü. Kolumb, həmin qitəyə ayaq qoyduğunda onları dəstə-dəstə güllərlə qarşılayan xalqa onlar odlu silahlarla ölüm qusdular.

Avropaya qayıtdıqda dustaqxanalarda nə qədər cinayətkar, qatil, oğru, quldur, kasıb, küçələrdə sülənən qadına oxşar varlıqlar varsa, gəmilərə doldurulub Amerikaya aparıb tökdülər. Aparılanlara "İstədiyiniz qədər torpağı mənimsəyə bilərsiniz" deyildi və onların burada kökləşməsi üçün xüsusilə odlu silahlar və digər vasitələrlə təçhiz edildilər. Bu canilər qitədəki yerli xalqı soyqırımla aradan götürüb məhsuldar torpaqlara yiyələndilər. On illər boyu bir-birlərini də qırdılar, ancaq həmin qırğın illərində qərara gəlib təhsilə arxalarına çevirmədilər, elmdən üz döndərmədilər, yeni nəsilləri araşdırmaçı ruhda yetişdilər. Afrikadan zənciləri oğurlayıb aparıb kölə kimi işlətdilər, qul ticarətini adi hala çevirdilər. Bu köləliyin izlərinin hələ də ağdərili amerikalılar tərəfindən bir anlayış kimi davam etdirildiyi yaranan hadisələrlə də sübut olunur. Bax, bu yolla onlar zamanla varlanıb-karlandılar və sadəcə, kölə ticarətilə deyil, dünyanın dörd yanındaki ağıllı, bilikli, yetişmiş kadrları tapıb pula hərisləndirərək aparıb özlərinə işlətdilər, nəhayət, dünyanın ağası kəsildilər.

Biz Türklərdə ağa, bəy həm yaş, həm varlılıq, həm ləyaqət, həm ədalət, həm də insanı insan gözündə görmə düşüncəsinə əməl edənlərə deyilir. Bizim ağa, bəy dediyimiz insanlar üçün getdiyi qapıda qan bağışlanır. Tarix boyu bizdə quldarlıq olmayıb. Dastanlarımızda, hekayələrimizdə, nağıllarımızda, ədəbi əsərlərimizdə bəyin oğlu ya çobanın qızına aşiq olub, ya da çobanın və ya xidmətçinin oğlu xaqanın, bəyin, paşanın qızına vurulub. Bu cür hadisələrdə ümumiyyətlə, nəticə barışıqla qurtarıb və gənclər evlənib xoşbəxt yuva qurublar. Deməyim odur ki, bizimlə digər xalqlar arasında insanlara yaxınlaşma çox fərqlidir. Türk tarixinin ən qədim səhifələrində belə əsirlərimizə də insan kimi yanaşmışıq. Bunun örnəyini dünənki Qarabağ uğrunda gedən döyüşlərdə də gördük. Onlar bizim əsirləri acından öldürdüyü zaman, biz onlardan götürdüyümüz əsirlərə gündə üç öynə yemək yedizdirirdik. Bu da bizim millət olaraq özümüzə olan inamımızdan bəhrələnir. Tarix boyu həmişə öz-özümüzə arxalanmışıq, özgəsindən də kömək ummamışıq. Bir sözlə, köndələn çəpərə söykənməmişik, vəssalam.

İşin qəribə tərəfi burasındadır ki, corona deyilən bu xəstəlik yaranandan bəri biz sanki onu vecimizə almadıq və hələ də almırıq. Türkiyədə həkimlər hər Allahın günü deyir ki, masqanızı taxın və sosial məsafəni gözləyin. Ancaq xüsusilə gənclərimiz məsələni qulaqardına verir. Məni heyrətə gətirən məsələ isə Azərbaycanda hər gün bu xəstəliyə 500-dən artıq insanın yoluxmasıdır. Türkiyə kimi 85 milyonluq ölkədə günlük test sayı 40 mindən aşağı düşmür və xəstəliyə tutulanların sayı orta hesabla 1300-ə qədər, cırtdan boydakı Azərbaycanda isə beş yüzdən artıq olur. Deməli, Türkiyədə də, Azərbaycanda da hələ də bu virusun nə böyük bəla olduğunun fərqinə tam mənasıyla varılmayıb. Bəlanın gələndə "gəlirəm" demədiyi də bundan aydın olur.

Hz. Əli (ə) deyib: İki şeyin əldən getmədən dəyərini bilmək çətindir: biri sağlamlıq, digəri də gənclikdir. Allahdan arzum insanlarımızın sağlamlığın dəyərini, qədrini bilməsidir.


Seyfəddin Altaylı,

Ankara, altaylı[email protected]


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-03

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 04
November: 27 20 13 06 04 02
October: 30 28 26

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK