SON DƏQİQƏ:

Bu yazını oxuyun və halınıza şükür edin! - Eminquey yazır

  66485   |  
Şriftin ölçüsü  

Ətrafa boylanaq və görək, başqa ölkələr necə karantin tədbirləri gördülər?

Əvvəlcə virusun yayıldığı deyilən Çinə nəzər salaq.

Çin dünyanın ən çox əhalisi olan ölkəsidir.

Çin virusa qarşı ən sərt, ən amansız tədbirləri gördü.

Adamlar karantinə alınmış evlərin qapısına belə qaynaq vurdular ki, evdən çıxa bilməsinlər.

Dronlar şəhərə buraxıldı.

Dronlar küçədə maskasız gəzən adamlara xəbərdarlıq etdi.

"Bəli, bu dron səninlə danışır, maskasız gəzə bilməzsən, tez ol, qaç evə və əllərini yumağı unutma!”.

"Gülmə, maşınına min və evə get. Maska da taxmamısan. Nə baxırsan? Get evə!”.

Çində küçələrdə təxminən 200 milyona yaxın kamera var.

Binaların giriş-çıxışında üztanıma kameraları var.

Bu kameralar adamların üzlərini qeydə alır və sonra məlumatları digər kameralara ötürür. Beləlik də hər bir vətəndaşın hara getdiyi, nə üçün getdiyi izlənildi.

İnsanlar kağız pulla yox, "WeChat” proqramı ilə ödənişlərini etdilər.

Bununla da insanların hardan və nə vaxt alış-veriş etdiyi də qeydə alındı.

Hər bir insan rənglərlə kodlandı – qırmızı, sarı, yaşıl.

Əgər xəstəliyin əlamətləri yaranarsa rəngin sarı olaraq qeydə alındı.

Test nəticən pozitiv çıxarsa, rəngin qırmızı olaraq qeydə alındı.

Son 14 gündə getdiyiniz bütün yerləri, görüşdüyünüz bütün adamları müəyyən edərək mesajla həmin adamları məlumatlandırdılar.

Məsələn, "WeChat” proqramı ilə çörək aldığın dükana belə mesaj göndərildi və rəngi sarı olaraq qeydə alındı. Bu sarı rəng o deməkdir ki, artıq o da özünü karantinə almalıdır.

Yolda gəzərkən yanlarından keçən adamların yaşılmı, sarımı, qırmızımı olduğunu proqram vasitəsilə rahat görə bildilər.

Rəngi sarı və ya qırmızı olanlar çölə çıxdılarsa, 3 ildən 7 ilə qədər həbs cəzası aldılar.

Ona görə də İtaliyaya gedən çinli həkimlər oradakı karantin tədbirlərini lağa qoymuşdular.

Amma Çinin etdiklərini hansısa bir demokratik ölkədə tətbiq etmək çox çətindir.

Çinlə birgə bu sərt tədbirlərin xeyrini görən Cənubi Koreya oldu.

Xüsusilə də həkimləri qorumaq üçün gözəl tədbirlər gördülər.

Küçələrdə insanların pulsuz testdən keçməyi üçün test məntəqələri yaradıldı. Onun üçün də dünyada ən yüksək test faizi Cənubi Koreyaya məxsusdur.

Xəstələrlə həkimlərin təmasını minimuma endirmək üçün xüsusi telefon kabinalarına oxşar kabinalar yaradıldı. Bunun sayəsində həkimlər xəstələrlə heç bir təmas olmadan test yoxlanışını həyata keçirə bildilər. Kabinalar hər xəstədən sonra dezinfeksiya olundu.

Hətta maşınlara belə test xidməti təşkil olundu. İnsanlar maşından enmədən, heç kimlə təmasa girmədən test yoxlanışından keçə bildilər. Nəticələr isə mesajla insanlara yollanıldı. Nəticəsi pozitiv olanları tapıb xəstəxanaya yerləşdirdilər.

Sırf virus üçün xüsusi telefon tətbiqi yaratdılar.

Bu tətbiq sayəsində telefonlara yüklənən proqram yoluxan insanların harada olduğunu, yaşadığını bəlli etdi və digər insanlar da yoluxan insanların harada yaşadığını bildilər. Sadəcə, insanların adları gizli qaldı.

Honk-Konqda insanların evdən qaçmadığını bilmək üçün qollarına izləmə bilərsizkləri taxdılar. Eynən ev dustaqlarında olduğu kimi.

Nepalda karantin rejiminə əməl etməyənləri heyvan tutmaq üçün istifadə olunan uzun dəmir çubuqlarla tutub qəfəslərə saldılar.

Panamada virus yayılmasın deyə qadınların və kişiləri ayrı günlərdə çölə çıxmasına icazə verildi.

Bazar etəsi, çərşənbə və cümə günləri qadınlar, şənbə, çərşənbə axşamı cümə axşamı günləri isə kişilər küçəyə çıxa bildilər.

Bazar günü isə heç kim.

Kolumbiyada isə insanlar vəsiqələrinin seriya nömrələrinin son rəqəmlərinə görə küçəyə çıxa bildilər.

Məsələn, seriya nömrəsi 1 və 2 ilə bitənlər bazar ertəsi, 3 və 4 ilə bitirsə çərşənbə axşamı.

Ən gülməli qərarı Malaziya verdi.

Malaziyada qadınlar üçün düzgün geyinmək, bəzənmək və kişilərlə mübahisə etməmək kimi qaydaları diqtə edən absurd posterlər hazırlandı.

Qadınlar etiraz üçün ayağa qalxdı və hökümət üzr istəyib posterləri yığışdırdı.

İranda bələdiyyədə işləyənlər ölümü xatırlatmaq üçün əzrail geyimində küçələrdə gəzdilər.

Xəstəxanalarda həkimlər dezinfeksiya əvəzinə əllərində üzərlik tüstülətdilər.

Hökümət türbələrə ziyarəti əngəlləsə də, dini rəhbər və ətrafı etiraz etdi, hətta türbələrin şəfa verəcəyini dedi. İnsanlar türbələrə axışdılar. Türbələrdəki dəmirləri öpdülər, yaladılar.

İtaliyada xəstələrə nəzarət etmək üçün kameralı robotlardan istifadə olundu.

Beləcə həkimlər, tibb işçiləri viruslu xəstələrlə təmasa girmədilər.

Amma dünyada təcrübə bunu göstərdi ki, ən yaxşı nəticələri zamanında ən sərt tədbir görən ölkələr əldə etdilər.

Xülasə, karantin uzandıqca uzanır.

Hamı gileylidir və başadüşüləndir.

Amma bu yazını oxuyun, əlinizdən heç nə gəlmirsə, barı halınıza şükür edin!

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-19
2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK