adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
19 Aprel 2021 09:05
73058
MƏDƏNİYYƏT
A- A+

 Azərbaycan tamaşaçısının sevdiyi aktyor: Bülənt Karabaşın anım günü...

 

Türk kinosunun məşhur simalarından sayılan "Yeşil çam"ın sevilən aktyoru Bülent Kayabaş Azərbaycan tamaşaçısının da yadından çıxmayan unudulmaz bir simadır.

Onun maraqla seyr etdiyimiz "Könül oyunu” (1972), "Utanc” (1972), "Ümid dünyası” (1973), "Qismət” (1974), "Yaşar nə yaşar, nə yaşamaz” (1974), "Kişilər ağlamaz” (1974), "Sən və mən” (1977), "Yeşilçam küçəsi” (1977), "Nə olacaq indi?” (1978), "Sevimli aşiq” (1979), "Sev məni” (1979), "Şabancıq” (1981), "Yapışıq qardaşlar” (1981), "Nikah masası” (1982), "Sevginin bədəli” (1984), "Zamansızlar” (1987), "Çiçək Taksi” (1995), "Hababan sinfi: Salam” (2003), "Qəsəbə” (2009) və başqa filmlərindəki rolları indi də ehtiramla xatırlanır.

Əsl adı Osman Bülənt Kayabaş olan aktyorun səhnə adı Bülənt Kayabaş olaraq tanındı. 25 avqust 1945-ci ildə Eskişəhirdə doğulub. Sənətə isə 1961-ci ildə -16 yaşında gəlib. O dövrdə Eskişer Bələdiyyə Teatrında işə başlayan Bülənt aktyor olaraq səhnədə müxtəlif obrazlarda çıxış edib .

 

Profesional yaradıcılığı...

 

Gündən günə püxtələşən, professionallıq göstərən gənc peşəkar olaraq 1970-ci ildə sənətini davam etdirib. Beləki, Semih Evin ssenarisini yazıb, rejissorluğunu etdiyi "Qara ləkə” filmi ilə başlayıb. Qısa müddətdə bir çox filmə çəkilən aktyor 70-ci illərə damğasını vurmağı bacarıb. Həmin illərdə aktyor il ərzində təxminən 3-4 filmə təklif alırdı və hər bir obrazın öhdəsindən uğurla gəlirdi. 1981-ci ildə isə "Avni Dilligil" tərəfindən "Ən yaxşı aktyor” mükafatına layiq görülüb.

Bülənt Kayabaş 2000-ci ildə prodüserliyini və rejissorluğunu Dərviş Zaimin etdiyi "Fillər və Çəmən", 2010-cu ildə Haldun Dormenin Cevat Fəhmi Başkutun "Buzlar həll edilmədən” adlı romanı əsasında muzikal tərzdə səhnələşdirdiyi "Bir qış nağılı” tamaşasında əsl performans sərgiləyib. Sonuncu tamaşadakı çıxışına görə aktyor həmin il "İsmail Dümbüllü” mükafatına layiq görülüb. O, 2013-cü ildə "Fırıldaq ailə” filmində Sabri rolunu səsləndirib. Bülənt Kayabaş sonuncu -2016-cı ildə çəkildiyi "Bir baba hindu” filmi də tez bir zamanda məşhurlaşıb.

Evlilikləri...

72 yaşında, 3 il əvvəl bağırsaq xərcəngi səbəbi ilə dünyasını dəyişən aktyorun maraqlı şəxsi həyatı olub. O 1981-ci ildə məşhur olan aktrisa Nur Sürər (gerçək adı Şennur Sürər’) ilə ailə həyatı qurub. Amma evlilikləri yolunda getməyib. Çox keçmədən ailə dağılıb . 1994-cü ildə Nur SürərSarp Kurayadlı hüquqşünasla evlənsə də, Bülənt Karabaş ikinci evliliyə elə də çox can atmır. Nəhayət 2007-ci ildə Səlma Kəpəkliadlı xanımla evlənir. 25 illik sevgilisi olan həmin xanımdan Ümit adlı bir oğul övladı var.

Qeyd edək ki,  yoğun bağırsaq xərçəngindən əziyyət çəkən aktyor 2017-ci ilin bu günü - aprelin 19-u səhər saatlarında müalicə olunduğu xəstəxanada vəfat etdi.

 Əntiqə Rəşid