SON DƏQİQƏ:

Çingiz Abdullayev çox sərt danışdı

  60448   |  
Şriftin ölçüsü  

Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev "Facebook” profili vasitəsilə ölkədəki rus məktəblərinin bağlanmasına çağıran yerli millətçiləri tənqid edib.

O qeyd edib ki, Rusiya mediasında erməni soyadlı jurnalistlər üstünlük təşkil edir və bu, lobbi fəaliyyətinin nəticəsi deyil: "Onlar rus dilində səlis danışan ağıllı, intellektual və istedadlı insanlardır”.

Buna baxmayaraq, o, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın rus və ingilis dillərindəki çıxışlarını nümunə gətirərək aralarında ölkə başçımızın xeyrinə olan böyük fərqi qeyd edib.

Ç.Abdullayev xarici kanallarda demək olar ki, heç bir azərbaycanlının olmadığını, varsa belə, rus və ya ingilis dilində yaxşı danışmadıqlarını da qeyd edib.

"Hörmətli yerli cahillər! Ana dilini bilmək əvvəlcədən vacibdir və bu, müzakirə edilə bilməz... Ancaq bizim kimi kiçik bir ölkənin ən azından rus, ingilis, fransız və ərəb dillərini bilən minlərlə insana ehtiyacı var.

Əcnəbi dildə danışan yalnız jurnalistlərə deyil, xarici texnologiyaya yiyələnmiş zabitlərə, dünyada mədəniyyəti və elmi təmsil edən sənət və elm işçilərinə, və nəhayət siyasətçilərə ehtiyacımız var. Lobbimiz yoxdur, ona görə yox ki kimsə bizə bunu yaratmaqda mane olur. Düşüncəsizliyimiz, geriliyimiz, həsədimiz, cəhalətimiz - budur bizim əsas düşmənlər. Həm Qarabağda, həm beynəlxalq məsələlərdə, həm də xarici və daxili siyasətdə.

Bir yerli "fəal” in dediyi kimi, "biz rus dilindən qurtulmağı xəyal edirdik, indi ingilis dilindən necə qurtulaq”, - xalq yazıçısı statusunda qeyd edib.

Çingiz Abdullayev fərqli dillərdə məktəblərin sayının artmasına və uşaqlara xarici dilləri öyrənmək imkanı yaratmağa çağırıb:

"Bəlkə o zaman bir anda iki azərbaycanlı televiziya ekranlarında görünəcək və biz başqalarının lobbisini yada salmayacağıq. Həqiqətən, xəyal qurmaq zərərli deyil”.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Müəllim birinci sinifdə ilk dərsə başlayır:

- Hə, uşaqlar, hamınız facebookda, instaqramda və digər sosial şəbəkələrdə yazışmalarınızı dayandırın və telefonıarınızı söndürün. Mən sizə bu gün A hərfini öyrədəcəm.

ARXİV

TƏQVİM

FACEBOOK