adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Sentyabr 2020 23:30
25118
GÜNDƏM
A- A+

Tovuz döyüşlərində düşmənə ağır zərbə vuruldu - Foto

Millət vəkilləri Qənirə Paşayeva və Tamam Cəfərova, “Bayburt” inşaat şirkətinin rəhbəri Alim Şəntürk Tovuz, Ağstafa və Qazax rayonlarında bu ilin iyulunda Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçilərimizin ailələrini ziyarət ediblər.

Adalet.az xəbər verir ki, şəhid ailələrinin qayğıları ilə maraqlanan millət vəkilləri onlarla ətraflı fikir mübadiləsi aparıb və şəhidlərimiz kimi, onların ailə üzvlərinin də xalqımız üçün dəyərli olduğunu diqqətə çatdırıb.

Q.Paşayeva Tovuz döyüşlərinin ölkəmiz və region üçün xüsusi hadisə olmasından, döyüşlərdə düşmənə ciddi zərbə vurulmasından danışıb.

Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışan millət vəkili Q.Paşayeva yeniyetmə və gənclərin qəhrəman şəhidlərimizi daha yaxından tanıması və örnək alması üçün hərbi-vətənpərvərlik tərbiyəsi və ideoloji işin daha da artacağına inandığını deyib.

Görüşdə iştirak edən “Bayburt” inşaat şirkətinin rəhbəri Alim Şəntürk qardaş Türkiyənin Azərbaycan şəhidlərini öz şəhidləri saydığını, onların ailə üzvlərinə diqqət göstərməyin qardaşlıqdan irəli gələn vicdan borcu olduğunu bildirib.