adalet.az header logo
  • Bakı 19°C
17 Sentyabr 2020 09:53
24753
İDMAN
A- A+

“Neftçi” bu gün “Qalatasaray”la qarşılaşır

“Neftçi” bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsində matça çıxacaq.

Rəqib bu turnirin əvvəlki sələfi sayılan UEFA Kubokunu 20 il əvvəl qazanmış Türkiyənin “Qalatasaray” klubudur.

Hər 30 ildən bir “Neftçi” ilə qarşılaşan “Qalatasaray” 1960 və 1990-cı illərdə qalib gələ bilməyib. Həmin dövrdə o qədər də güclü olmayan 22 qat Türkiyə çempionu və 18 qat Türkiyə kubokunun qalibi “Qalatasaray” 60 ildən sonra ilk dəfə Bakıda oyun keçirəcək.

“Neftçi” – “Qalatasaray” cütünün qalibinin növbəti mərhələdəki rəqibi də bu gün bilinəcək. Bakılılar turu adlasa, “Renova” (Şimali Makedoniya) – “Xayduk” (Xorvatiya) duelində üstün olan komandanı qəbul edəcək.

Avropa Liqası
II təsnifat mərhələsi
17 sentyabr
20:00 “Neftçi” – “Qalatasaray” (Türkiyə) 

Hakimlər: Kevin Klensi, Devid MakQişi, Qrem Stüart, Yuan Anderson (hamısı Şotlandiya)
Bakı Olimpiya Stadionu