adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
18 Sentyabr 2020 23:50
63961
KRİMİNAL
A- A+

Çantasında doğranmış qadın cəsədi ilə qonaqlığa getdi

ABŞ-ın Luisvill şəhərinin sakini çantasında doğranmış qadın cəsədi ilə Çikaqoda yaşayan qohumlarıgilə qonaqlığa gedib.

Bu barədə “Independent Daily” xəbər yayıb.

Məlumata görə, 30 yaşlı Melvin Martin Çikaqoya avtobusla gedib. Orada qohumları onu qarşılayaraq evlərinə aparıblar. Martinin özü ilə çantaları olub, hamısından da pis qoxu gəlib. Qohumlarının sonradan polisə verdiyi ifadəyə görə, qonaq geyinməyə paltar istəyib, ancaq öz çantalarını açmaqdan imtina edib.

Bir neçə gün sonra Martin kitabxanaya gedəndə, ev sahibi çantaların birini açıb və orada bədən qalıqları tapıb. Dəhşətə gələn kişi dərhal polisə məlumat verib. Digər çantalarda da qadın başı və digər qalıqlar aşkarlanıb.

Hüquq mühafizə orqanlarının əməkdaşları qurbanın məişət zorakılığı zəminində öldürüldüyünü müəyyən ediblər. Onun bədəni azı bir ay əvvəl doğranıb.

Həmin hadisədən bir gün sonra polislər qadının cəsədinin başqa hissələrini Luisvill parkında aşkarlayıblar.

Martin həbs olunub. Hadisə ilə bağlı istintaq başlanılıb.