SON DƏQİQƏ:

"Hədəfim Çempionlar Liqasıdır" - "Neftçi"nin yeni transferi

  16363   |  
Şriftin ölçüsü  

"Türkiyənin yeni çempionu "Başakşehir"dən Azərbaycanın ən köklü və ən böyük klublarından olan "Neftçi"yə gəldiyim üçün həqiqətən də çox xoşbəxtəm. Bu klub Türkiyə və dünyada da tanınır. Belə komandada oynamaqdan məmnunam".

Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Mert Çelik klub televiziyasına müsahibəsində deyib. 20 yaşlı mərkəz müdafiəçisi "Başakşəhər"dən icarə əsasında "Neftçi"yə keçməsinin səbəbini izah edib: 

"Neftçi" ölkənin ən qədim və köklü klubudur. Burada gənclərə çox böyük önəm verilir. Mənim bu klubu seçməkdə ən böyük səbəbim gənclərə böyük diqqət və qayğının göstərilməsidir. Ona görə də burada olduğum üçün çox xoşbəxtəm".

Çelik "Neftçi"də çempionluq sevinci yaşamaq istədiyini də diqqətə çatdırıb: "İlkin hədəfim budur: Azarkeşlərimizlə və oyunçularımızla birgə bu mövsüm qızıl medal qazanaraq, Çempionlar Liqasında mübarizə aparmaq istəyirik. Burada hamı - istər klub prezidenti, istər idman direktoru, istərsə də baş məşqçimiz məni çox yaxşı qarşıladı. Mən də onları xoşbəxt etmək üçün nəyə qadir olduğumu meydanda göstərəcəyəm. Bundan heç bir şübhə etməsinlər".

Qeyd edək ki, müqavilə ilə Türkiyənin "Başakşəhər” klubuna məxsus olan Mert Çelik Azərbaycanın U-21 millisinin üzvüdür.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-31
2020-10-30

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 31, 29, 27, 24, 22, 20, 17, 15, 13, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

MƏNİM DƏ ADIM MKRTÇ OLSA AĞLAYARAM 

Mirzə Cəlil  küçəylə gedərkən görür bir erməni  uşağı ağlayır. Ürəyi yanır, yaxınlaşıb  başını  sığallayır, soruşur:

- Adın nədi, a bala?

Uşaq deyir:

- Mkrtç.

Mirzə Cəlil:

- Ağla, bala, ağla. Mənim də adım  Mkrtç olsa ağlayaram.

 

ARXİV

TƏQVİM

FACEBOOK