SON DƏQİQƏ:

İlham Əliyev Azərbaycanın yeni uğurlarının təməlini yaradır

  18678   |  
Şriftin ölçüsü  

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının önəmli səhifəsi kimi yazılıb. Bu strategiya ölkəmizin bu günkü inkişafının əsasını qoyub.

Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir.

Bu məhz o zaman baş verdi ki, həmin dövrdə müstəqilliyini təzəcə qazanmış, Azərbaycan əldə olunmuş müstəqilliyini itirmək təhlükəsində idi .Həmin vaxtlarda Azərbaycana rəhbərlik edən şəxslərin səriştəsizliyi ,hakimiyyət ugrunda ayrı-ayrı qrupların cəkişməsi ,torpaqlarımızın 20 %-nin itirilməsi ilə nəticələndi.Ölkə vətəndaş müharibəsi həddində idi .Separatizm, müxtəlif silahlı birləşmələrin mövcudlugu ,xaos və ozbaşınalıq ölkənin tamamilə dagılmasına gətirib cıxarmışdı.Məhz belə bir vəziyyətdə,dagılmış ölkəni yenidən qurmaq, onu ayağa qaldırmaq yalnız möcüzə nəticəsində mümkün olardı.O möcüzə isə Heydər Əliyev oldu. Oayıtdı və özünün şah əsəri olan müasir Azərbaycanı qurdu yaratdı. Bu gün Azərbaycanın öz hesabına yaşamasında, kifayət qədər böyük valyuta ehtiyatlarının olmasında və iqtisadiyyatın dinamik şəkildə inkişafında “Əsrin müqaviləsi”nin xüsusi rolu var.

1994-cü ildə “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə imzalanıb. Yeni neft strategiyasının gerçəkləşməsi ilə respublikamızın neft ehtiyatlarının istismarına böyük həcmdə xarici investisiya cəlb edilib. Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30 ölkəsinə, qaz isə Gürcüstana, Türkiyə və digər ölkələrə nəql edilir. “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Bu Saziş Azərbaycan üçün daha da əlverişlidir, Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılıb və beynəlxalq tərəfdaş şirkətlər Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1 faiz təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq. Növbəti 31 il müddətində AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var.

Yataqdan qazın hasilatı ücun quraşdırılacaq platforma öz növünə görə nadirdir.Belə ki platformanı kənardan ,yəni Neft daşlarında yerləşdirilən moduldan idarə etmək üçün innovativ həll yolları işlənib hazırlanmışdır. Abşeron layihəsində Xəzərdə ilk dəfə boru içində boru texnologiyası tətbiq olunub.

Prezident İlham Əliyev isə "Əsrin müqaviləsi”nin imzalandığı dövrün iqtisadi və siyası vəziyyətinin mürəkkəbliyini və buna rəğmən atılan addımın əhəmiyyətini belə dəyərləndirmişdir. "Əsrin müqaviləsi"nin Azərbaycan tarixində xüsusi yeri vardır və Azərbaycanın müstəqil ölkə kimi yaşamasında bu rol əvəzolunmazdır. O vaxt bizim nə imkanlarımız var idi, nə də vəsaitimiz. Ölkədə sənaye sahəsində hələ ki, tənəzzül yaşanırdı, iqtisadiyyat demək olar ki, çökmüşdü. Müstəqil ölkə üçün yaşamaq çox çətin idi. Müstəqilliyimiz demək olar ki, şübhə altında idi. Məhz o çətin illərdə Azərbaycana investisiyalar gətirmək, Azərbaycanı dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim etmək, xarici investorlar üçün münbit şərait yaratmaq, eyni zamanda, Azərbaycanın dövlət maraqlarını tam şəkildə qorumaq böyük siyasi təcrübə, bilik və məharət tələb edirdi. O vaxt Azərbaycanın xarici şirkətlərlə əməkdaşlığı bölgədə birmənalı qarşılanmırdı. "Əsrin müqaviləsi"nin imzalanması böyük siyasi cəsarət tələb edirdi. Ancaq Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının dəstəyi ilə biz buna nail ola bilmişik”.

Bütün bunlar hamısı bir daha onu göstərir ki Azərbaycan özü bu gün dünyanın inkişaf sürətinə uygun innovativ inkişaf edir.Azərbaycan bu gün dünyaya öz brendlərini təqdim etməklə yanaşı elə müasir inkişaf edən Azərbaycanı da təqdim edir.Bütün bunlar ölkə rəhbərimiz cənab İlham Əliyevin xalqına və Azərbaycana dərin sevgisi və sədaqətindən irəli gələn gecəli- gündüzlü gərgin əməyinin nəticələridir ki, bu da öz növbəsində ölkəmizin gələcəyinin dayanıqlı və stabil inkişaf qarantıdır.Bunu xalqımız bilir və qiymətləndiri. Bu gün təməli qoyulan və dayaqları yerə , dənizə daha möhkəm bərkidilən hər bir layihə və görülən işlər əslində Azərbaycanın bərkidilən dayaqlarıdır. Onu da unutmayaq ki, Azərbaycanın ağır məsuliyyət yükünü cənab İlham Əliyev öz ciyinləri üzərində saxlayir.Azərbaycan dövlətinin dayaqlarını, dövlətçiliyini, milli bötüvlüyümüzü daha mohkəm və əbədi saxlamaq üçün xalqimiz həmişə öz prezidentinin yanındadır.

 

Milli Məclisin deputatı İham Məmmədov

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-31
2020-10-30

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 31, 29, 27, 24, 22, 20, 17, 15, 13, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

MƏNİM DƏ ADIM MKRTÇ OLSA AĞLAYARAM 

Mirzə Cəlil  küçəylə gedərkən görür bir erməni  uşağı ağlayır. Ürəyi yanır, yaxınlaşıb  başını  sığallayır, soruşur:

- Adın nədi, a bala?

Uşaq deyir:

- Mkrtç.

Mirzə Cəlil:

- Ağla, bala, ağla. Mənim də adım  Mkrtç olsa ağlayaram.

 

ARXİV

TƏQVİM

FACEBOOK