SON DƏQİQƏ:

Orada olan döyüşçülərdən tutmuş jurnalistinə qədər həsəd aparıram - Eminquey yazır

  91229   |  
Şriftin ölçüsü  

Əsgərimiz narkozdan ayılır. Yarıayıq, heysiz vəziyyətdə deyir:

- Dostlarım şəhid oldular. 

Yanında olanlardan biri soruşur: 

- Döyüşmək istəyirsən? 

Əsgərimiz deyir: 

- Mən dostlarımın yanına getmək istəyirəm.

Həqiqətən döyüş meydanından uzaqda qalmaq adama pis təsir edir. Özünü lazımsız hiss edirsən. Orada olan döyüşçülərdən tutmuş jurnalistinə qədər həsəd aparıram. Uşaq vaxtı məhəllə futboluna salınmayan uşaq kimi. Onlar oynayırlar, onlar qolun həzzini yaşayırlar, onlar yıxılıb yaralanırlar, onlar qələbə qazanırlar. Sənsə pəncərənin barmaqlıqlarından, qapının arasından həsrətlə baxa-baxa qalırsan. Lap atasının arxasınca "ata, məni də apar" deyib qışqıran İsmayıl kimi.

Heç olmasa, İsmayılın dağa qaçmaq kimi lüksü vardı... 

Neçə gündür anam da hərədən bir söz eşidir, gəlir mənə danışır, özünə təsəllilər düzəldir. Haz izah edirəm, ha manipulyasiya edirəm, xeyri yoxdur. Onun hər təsəllisi məni incidir axı. O istəmir məni qurban verməyi. O istəmir mənsiz qalmağı. Amma mən... əsgərlərin ayaqqabılarını təmizləməyə də razıyam. 

Axırda belə bir yol tapdım. Qayıtdım ki, mama, bax, məni aparsalar, məcbur üzümü qırxdıracaqlar. Neçə ildir bunu arzulamırsan? Arzun çin olacaq da.

İnciyib oturdu bir kənarda…

Bu gənclər özbaşına yetişdi, özbaşına vətənpərvər oldu! Bu gənclərin Vətən sevgisini nə TV-lər keyidə bildi, nə də gün-güzəranları. Unutmadılar Qarabağı! Unutmadılar qisas hissini!

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-19
2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK