adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
09 Oktyabr 2020 16:11
133088
İDMAN
A- A+

Alman kimi başladı, Türk kimi bitirəcək – Mesut Özilin hekayəsi…

Alman kimi düşünmək, amma türk kimi hiss etmək... Bunu yaşayınca ortaya Mesut Özil kimi bir adam çıxır. Almaniyanın ən zirvəsini görən Türk artıq Real Madriddəki ləqəbinin haqqını verir: “İtkin balıq Nemo”.

ÜMİT GENÇ YAZIR:

Məsudu hardan anlatmağa başlayım, bilmirəm. Çünki kariyerası ortadan ikiyə bu qədər kəskin bölünən çox az futbolçu tanıyırıq. Onunla bağlı ən doğru söz bu olardı: Alman kimi başladı, Türk kimi bitirir.

Almaniyanın qərbində Gelsenkirchen küçələrində başlayan həyatı onu dünya vitrininin ən önünə qədər necə gətirdisə, eləcə də aşağıya endirdi. Saçını uzadıb saraltdığı yaşlarda neçə qürbətçi Türk A seriasının komandası olan Şalke ilə oyuna çıxa bilir? Bax, Mesuta bu fürsəti tanıyan saf istedadı ondan danışarkən müzakirəyə qapalı yeganə mövzudur.

QARDAŞLARI İLƏ OYNAYAN “ŞİLLƏ” YEMƏYƏ ALIŞQANDIR

17 yaşında Bundesliqada forma geyinmək sizə ağır gələ bilər, amma türkcə danışdığınız Almaniya küçələrində yaşıdlarınızla yox, böyük qardaşlarınızın dostları ilə top oynayırsınızsa, “qapaz” yeməyə alışqansınız demək.

Üstəgəl o komanda da yenə türkcə danışan Hamit və Halil Altıntop kimi qardaşlarınız varsa, deməli, bu “qapaz”lara lap öyrəşmisiniz.

19 oyunda oynadığı ilk mövsüm Almaniya Milli Komandası ovçuları onun hər addımını izlədi. Topa sehirli toxunuşları və oyun zəkasına heyran qalan almanlar onu bir alman kimi yetişdirməyi çox istədi.

 

CİBİNƏ QOYULAN ALMAN PASPORTU

Mesutun türk pasportu mütləq dəyişməli və bu xüsusi istedad sahibi zaman itirmədən almanların bir parçası olmalıydı. 5 sentyabr 2006-cı ildə Almaniya U19 komandası ilə ilk oyununa çıxarılanda cibinə qoyulan alman pasportunun həyatını deəyişdirəcəyini gözəl bilirdi.

Amma özünə bu sualı da verirdi gənc Mesut: Mən kiməm və nə olmaq istəyirəm? Almanam mı, Türkəm mi? Sadəcə özü də deyil. Doğulub böyüdüyü qohumları, sinifyoldaşları, Zonquldakdakı qohumları həmişə bu sualı verirdi. Bu sual “pizza mı yemək istəyirsən, yoxsa makaron? kimi bəsit sual deyildi onun üçün. Başında yüzlərlə səs varkən həyatını dəyişdirəcək bir seçim etmək məcburiyyətində idi.

ALMANİYA-TÜRKİYƏ SEÇİMİ VƏ BAŞINDAKI YÜZLƏRLƏ SƏS

Anası Gülzar xanım və əmisi Ərdoğan Türkiyə üçün oynamasını istəyirdi. “Babaların türkdürsə, buraya aidsən və köklərinə bağlı qalmaq məcburiyyətindəsən” deyirdilər ona. Ancaq Mesut onlar kimi hiss etmirdi. Atası və qardaşı ilə eyni tərəfdə idi. Almaniyada doğulub böyümüş, alman komandalarında oynamış və həyatını bir alman kimi yaşamışdı. “Dünyanın ən təpəsinə çıxmalıyamsa, Almaniya üçün oynamalıyam” deyərək öz yolunu seçdi. Bu yol eynilə kariyerası kimi ailəsini də ikiyə bölmüşdü.

Türkiyə tərəfi də asan geri çəkilməyəkdi. Dövrün milli komandasına cavabdeh olan Mətin Tekin Kölndə Mesut Özilin atası ilə bir görüş planlaşdırdı. Fatih Terimin Məsudu istədiyini deyib Milli Komandanın kampına dəvət etdilər. Almaniyadakı ən yaxın ailə dostları Hamit və Halil Altıntopu da işin içinə soxdular. Mesutun üstündə müdhiş bir təzyiq vardı. Hər an yanlış bir şey edə bilərəm hissi onu bir dalana dirəmişdi. Hələ seçim etmək üçün zamanı olduğunu düşündü və tələsmədi.

UÇMAĞI ÖYRƏNƏN QUŞ YUVADAN AYRILAR

Çempionlar liqasında ilk oyununa çıxanda 19 yaşı vardı. Qalatasarayın kariyerasına balaca kimi görünsə də, önəmli bir təsiri olmuşdu. Linkolnun Türkiyəyə transferi Mesutu “Şalke 11”in gözü halına gətirmişdi.

2008-ci ilin yanvar ayında Şalke ilə üz-göz olan atası Mesutun üzünü Verder Bremenə, dönüm nöqtəsi yaşayacağı yerə çevirdi. Dövriyyə arası ailəsindən ilk dəfə ayrılaraq 5 milyon yevro bonservislə Bremenə 3 illik imza atdı. Bu, onun ilk böyük transferi idi və Almaniyanın şimalındakı Bremen Gelsenkirchenə xeyli uzaq idi. Artıq uçmağı öyrənən bir quş kimi yuvadan ayrılmaq vaxtı çatmışdı.

FORMANI GEYİNƏRSƏ TÜRKİYƏNİ UNUDACAQDI

İlk mövsüm Bremendə 47 oyunda 23 asist etmişdi. Bunların üçü Çempionlar liqasında İnterə qarşı idi. Bremen Özilin təsirilə Bundesliqada gözəl bir mövsüm keçirərək liqanı II olaraq başa vurdu.

Dieqonun Yuventusa transferilə tamamən Verder Bremenin beyni halına gələn Mesut 2009-2010 illərində inanılmaz bir partlayış elədi. 46 oyunda 10 qol, 29 asist edən Mesut liqanı toz-dumana qərq etdi və ilin oyunçusu seçildi. Bu performans onu həyatının ən vacib anına gətirdi – qərar anına. Almaniya A Milli Komandası kampına dəvət edildi. Əgər o formanı geyinərsə, bird aha Türkiyədə oynaya bilməyəckdi. Elə də oldu. Bu stresli müddəti özü belə izah edir:

“Həqiqi mənada qərar verdiyim zaman Verder Bremendə oynayırdım. Media çox üstümə gəlmişdi. Məşqçi Löv “Türk köklü olmasına rəğmən Mesutun Almaniyanı seçməsindən çox xoşbəxtəm, buzları qıran futbolçu oldu. Bundan sonra başqa ölkədən olan futbolçular da Milli Komandada oynaya bilərlər” demişdi. Buzları qırmaq istəmirdim ki. Almaniya və Türkiyə arasında qalmaq da istəmirdim. Almaniya və Türkiyə seçimindən ötrü yuxusuz gecələr keçirtmədim. Almaniyanı seçdim deyə Türkiyədə pis olmağım lazım deyil. Almaniyanı seçdim deyə ürəyim Türkiyə deyə vurmaqdan vaz keçmir”.

ÜRƏYİM ALMAN KİMİ DÖYÜNÜR, ÜRƏYİM TÜRK KİMİ DÖYÜNÜR

2010-cu ildə Berlində oynanılan oyunda bütün media ondan danışdı. Alman mediası “O bir tükdür, alman yox” başlığı ilə onu manşetə çıxartdılar.

Oyunda qol vuran sevinməmişdi, hörmətsizlik kimi anlaşılacağını bilirdi. “Ürəyim alman kimi, türk kimi vurur. Alman kimi düşünüb, türk kimi hiss edə bilərsiniz. Təzyiqə rəğmən seçimimdən qürur duyuram” sözləriylə bu müzakirələrə son qoyacağını düşündü.

REAL MADRİDİN QAPISINI AÇAN İLK TÜRK

2010 Dünya Çempionatında almanların ətrafında birləşdiyi bir beyin halına gəldi. İlk böyük turunda gördüyü işlər ona kariyerasının ən böyük fürsətini Verdi. Verder Bremenlə 16 qol, 54 asistlə sağollaşıb İspaniyanın paytaxtı Madridə 18 milyon yevroya transfer oldu. İmza günü Türkiyə üçün də məna kəsb edirdi. Çünki Mesut bu cümlələri qurmuşdu:

“Real Madriddə forma geyinən ilk Türk olduğum üçün xoşbəxtəm”.

O dövrün ən yaxşılarından olan Jose Mourinyo Real Madridin prezidenti Florentino Perezə onun haqqında bunları demişdi: “Bu uşağı, yəni Mesutu mütləq almağınızı istəyirəm!”.

MOURINHO: SƏNİN YAXANI BURAXMAYACAM

Real Madrid tarixinin ən şəhanə dövrlərindən birində Ronaldolu, Ramoslu. Benzemalı heyyət onun ətrafında birləşdi. Texnikası ilə “məxmər ayaq” ləqəbini alan Mesut Özil bir andaca dünyanın danışdığı ada çevrildi. Kariyerasının ən parlaq illərində dünya tarixinin gördüyü ən yaxşı 10 nömrə performanslarından birinə imza atırdı Mesut. İnanılmaz bir populyarlıq qazanmışdı. Komanda yoldaşları ona gözlərinin bənzərliyindən dolayı cizgi film qəhrəmanı “Nemo” ləqəbini vermişdilər.

Bir oyunun fasiləsində Mourinyo ilə yaşadığı mübahisə onu bir daha çata bilməyəcəyi bir səviyyəyə çıxartdı. Mesut o dialoqu bu sözlərlə izah edirdi:

“Bu mübahisədən bir neçə gün sonra Mourinyonun yanına gedərək ona təşəkkür etdim. Söylədikləri ağlıma batmşdı. Gözlərimin içinə baxaraq zəif tərəflərimi dediyi üçün ona minnətdaram. Mənə “bütün potensialını istifadə edənə qədər sənin yaxanı buraxmayacam” dedi. Mourinyo haqlı idi. Düşünürdüm ki, gözəl oyun kifayətdir. O məni bu tövrümdən qurtardı”.

3 mövsümün sonunda 159 oyunda 27 qol, 80 asist edən Özil kariyerasının ilk çempionluğunu da Madridlə yaşadı. 2013-cü ilin yazında bir rekorda imza atdı. O, Ançelottinin rəyi ilə 100 milyon yevroya Beyli alan Madrid pulun əvəzini çıxartmaq üçün Mesutu Arsenala 47 milyon yevroya satdı. Bu ayrılıq hamı kimi Ronaldonu da şoka salmışdı. Özü ən yaxşı uyğunlaşdığı partnyoru haqqında bunları demişdi:

“Özilin gedişi mənim üçün həqiqətən pis oldu. Bu transferdən dolayı çox əsəbiyəm. Mesut mənim şərtlərimi bilən və fərqli oyunçu idi”.

SON ÖPÜŞ, PLATİNİYƏ VERDİYİ SON FORMA...

Premyer Liqa transferi Mesut üçün artıq bəzi şeylərin əvvəlki kimi olmayacağına işarə cidi. Amma düşüşə keçəzdən əvvəl son mahnısını oxuyacaqdı. 2014 Dünya Çempionatı. Almaniya Milli Komandası ilə kariyerasını ən böyük kubokunu qaldıran Mesut üçün sanki hər şey oradaca bitmişdi. O dövr birlikdə olduğu müğənni Mandy Capristonun dodaq boyası yanağında idi. Kubokun təqdimetmə mərasimində UEFA-nın prezidenti Mişel Platiniyə əynindən çıxarıb verdiyi forma bəlkə də futbola verdiyi son xatirəsi idi.

NARKOTİK XƏBƏRİ VƏ DEPRESSİYA

Mesutun təmtəraqlı həyatı çox keçmədən başına dərd oldu. Arsenaldan ilə 7 milyon yevro qazanan alman ulduz, loru dildə desək, pulu göyə sovurmağa başladı. Çılğın partilərdə səhəri açan Mesutun manken qızlarla yaşadığı münasibətlər ingilis mediasının manşetlərini bəzəməyə başladı. Son olaraq bir gecə klubunda “Hippy Crack” adlı narkotik maddədən istifadə etdiyi iddia edilərək yayılan şəkillər Mesutun kariyerasını bitmək mərhələsinə gətirdi.

Bütün bu yaşananlar bəs deyilmiş kimi Mesut maddi anlaşılmazlıqlar səbəbilə köhnə meneceri olan atası Mustafa Özil ilə məhkəməlik oldu. Bu müddətdə nişanlısı Amine Gülçü ilə də arası dəyən Mesut böyük bir depressiyaya girdi. Vaxt artıq onun əleyhinə işləyirdi və onu sevməyənlərin səsi çıxmağa başlayırdı.

“QAZANDIĞIM ZAMAN ALMAN, İTİRDİYİM ZAMAN TÜRKƏM!”

2018 Dünya Çempionatından əvvəl yaşananlar isə turda baş verənlərin fraqmanı idi. Prezident Ərdoğanın Londona ziyarəti ərəfəsində Mesut ilə poz verməyi həm Almaniyada, həm də İngiltərədə yaxşı qarşılanmadı və siyasi reaksiyalara səbəb oldu. Dünya kubokuna erkən vida edən Almaniyada Mesut Özil hədəfə çevrildi. Almaniyanın Dünya Kubokuna vida etdiyi gecənin səhəri Almaniyada bütün TV-lər, qəzetlər Mesutu günahkar elan etdilər. “Anti Mesut” propaqandası bütün Almaniyanı təsiri altına aldı.

Nə Almaniya Federasiyasından, nə də futbulçu dostlarından heç bir dəstək görməyən Mesut dəliyə döndü. Bütün bu hücumlara cavab verən Mesut bir daha Almaniya Milli formasını geyinməyəcəkdi:

“Qazandığım zaman alman, itirdiyim zaman türkəm. Artıq yetər! İrqçilik və hörmətsizlik gördüyüm üçün artıq Almaniya formasını geyinməyəcəm”.

MADRİD MATÇINDA ÖPDÜYÜ ÇÖRƏK...

Yaşadığı bu duyğusal qırılma onun klub kariyerasını da aşağı saldı. 2018-in aprelind Avropa liqasında oynanılan Atletiko Madrid oyununda tribunadan özünə atılan çörəyi üç dəfə öpərək kənara qoyan Mesut bütün dünyaya bu mesajı vermək istəyirdi: Mən Türk mədəniyyətinə bağlıyam və siz buna hörmət edəcəksiniz!

Yaşadığı iqrçilik qarşısında futboldan əməlli-başlı uzaqlaşan Mesut Arsen Vengerin Arsenaldan gedişinin ardınca Mesut özünü kompüter oyunlarına verdi. İngilis qəzetləri onun kürək ağrıları olduğu üçün “Fortnite” adlı bir kompüter oyununa alüdə olduğunu və düz 72 gün, 1740 saat bu oyunu oynadığını yazdılar.

ACUNUN DAMĞASINI VURDUĞU TÜRK TOYU

O mövsümün yay tətilində Türkiyəyə gələn Özil iyun ayında nişanlısı Amine Gülşe ilə evləndi. Çalğılı-zadlı türk toyu edən Özil nikah şahidi olaraq Ərdoğanla yoldaşı Emine xanımı seçdi. Bu toya bir çox tanınmışlar qatılarkən Acun İlıcalının Mesutla qarşılıqlı rəqsi gecəyə öz damğasını vurdu.

LONDONUN ŞİMALINDAKI BIÇAQLI HÜCUM

Aldığı maaşdan dolayı ingilis tərəfdarların tənqid etdiyi Mesut Türkiyədə toy edərkən Londonda sevilməyən bir adam idi. Şimali Londonda bir tükr restoranında üstünə bıçaq çıxartdılar, ölümlə üz-üzə qaldı.

Golders Green bölgəsində sürdüyü motosikletli 2 adam tərəfindən bıçaqlı hücuma məruz qalan Özilin bəxti onda gətirdi ki, bosniyalı futbolçu Sead Kolasinak yanında idi. Sead hücum edənləri birtəhər də olsa uzaqlaşdıra bilmişdi.

Bütün dünyanın təsirləndiyi bu hadisələrin şahidi Azuka Alintah belə demişdi:

“Kaskalarını çıxartmamışdılar, qara geyinmişdilər. Bu isti havaya baxmayaraq uzunqol geyinmişdilər. Özil bıçaqlı adamlar tərəfindən qovulan hamı kimi dəhşətə gəlmiş halda qaçırdı.

AŞAĞI 350 BİN POUND, YUXARI 350 BİN POUND

Bu böyük travmadan sonra Mesut bir daha əvvəlki Mesut ola bilmədi. Həftəlik 350 pound qazancı tez-tez gündəmə gətirildi, başına qaxınc edildi. Maddi yükündən qurtulmaq istəyən Arsenal ondan endirim tələb etdi, ancaq Mesut müqaviləsini müdafiə edərək bu endirimə razı olmadı. Mikel Amatrian Artetanın da jeyətinə daxil ola bilməyən Mesut son olaraq UEFA Avropa liqasına da yazılmadı.

Mesutun bir türkə dönüşünün son misalı pandemiya səbəbilə işdən çıxarılan Jerry Quya sahib çıxması oldu. Hardan baxsan bu mərhəmət bir Türkə daha çox yaraşırdı.

HEKAYƏNİN SONU TÜRKİYƏ…

31 yaşlı Mesut Özilin belə bir böyük enişin ardınca bir də futbola qayıdacağını bilmirik, amma bir şeydən çox əminəm, bu hekayənin sonu Almaniyadan qayıdan qürbətçi kimi Türkiyədə bitəcək.

 

DİLİMİZƏ UYĞUNLAŞDIRAN: EMİNQUEY