adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 Oktyabr 2020 12:01
54332
HADİSƏ
A- A+

Ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində 20 ev tam dağılıb - FOTO

Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini ikinci dəfə raket atəşinə tutması nəticəsində 20 ev təmamilə dağılıb.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə nəticəsində 1 orta məktəb və bir poliklinika tam dağılıb. Hadisə nəticəsində 100-ə yaxın evə isə ciddi ziyan dəyib.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan ordusu 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib.

Dağıntılar altından xəsarət almış 52 nəfər yaralı və 13 nəfərin cəsədi çıxarılıb.