SON DƏQİQƏ:

İnsanların ah-naləsi yerdə qalmayacaq - Hikmət Hacıyev

  8755   |  
Şriftin ölçüsü  

Erməni hərbi birləşmələri xain siyasətindən əl çəkmir.

Trend-in Gəncədə olan müxbirinin verdiyi məlumata görə, bunu bu gün diplomatik korpus nümayəndələri ilə birlikdə Gəncədə terror törədilən əraziyə gələn Prezdentin köməkçisi Hikmət Hacıyev deyib. O bildirib ki, erməni hərbi birləşmələri mülki şəxslərə xaincəsinə hücumlar edirlər:

"Bu dəfə də eyni hücum etdilər. Onlar hücumlarda keçən dəfə də raketlərdən istifadə etdilər bu dəfə də. Birinci dəfə də SCAD raketindəbn istifadə etdilər, bu dəfə də çox böyük dağıntı gücünə malik olan SCAD raketindən istifadə ediblər ki, onların da məqsədi insanlar arasdında qırğına səbəb olmaq, Gəncə əhalisi arasında, ölkəmizin vətəndaşları arasında təşviş yaratmaqdır. Amma onlar bununla heç vaxt məqsədlərinə nail ola bilməyəcəklər. Azərbaycan xalqının bu gün qəti bir əzmi var. Qəti əzmimiz ondan ibarətdir ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan torpaqları işğaldan azad edilsin. Amma onlar bu mənfur cinayətlərini gizlətmək üçün beynəlxalq ictimaiyyəti aldatmaq, yalan və dezinformasiya və propaqanda kimi məlumatlar yaymaqdadırlar".

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan Respublikasında akkreditasiya olunan xarici ölkə səfirliklərinin əməkdaşları, beynəlxalq təşkilatların nümayəndələri, hərbi atteşelər yenə də Gəncə şəhərinə gələrək Ermənistan silahlı qüvvələrinin Gəncədə alçaqcasına, xaincəsiə şərəfcəsinə törətdikləri cinayətlərlə yerindəcə tanış olublar: "İnsanların ah-naləsi yerdə qalmayacaq. Bu faktlar beynəlxalq ictimaiyyətə çatdırılır. Vətən müharibəmizdə Gəncənin şəhidləri var və eyni zamanda da mülki insanlar arasında şəhidlərimiz var".

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 22, 20, 17, 15, 13, 10, 08, 06, 03, 01,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni məktəbində müəllim şagirdlərə:

- Uşaqlar, kim deyər, dünyada ən pis erməni kimdir?

Balaca Aram:

- Dartanyan.

Müəllim:

- Niyə Dartanyan?

Aram:

- Ona görə ki, o bütün film boyu “Mersi, Baku” deyir.

ARXİV

TƏQVİM

FACEBOOK