SON DƏQİQƏ:

Əsir düşən laçınlı balası - Eminquey yazır

  62907   |  
Şriftin ölçüsü  

I Qarabağ müharibəsində Kərkicahan işğal olunan zaman əsir düşən əsgərlərimizə ermənilər ağır işgəncələr verirdi. Milli Qəhrəman Allahverdi Bağırov bu əsirlərin yerlərinin müəyyənləşdirilməsi və azad edilməsi üçün çox çalışırdı. Əsir və itkin düşən döyüşçülərin və mülki vətəndaşların valideynləri və yaxınları ümidlə əsirlərin geri qaytarılmasını gözləyirdilər.

Sumqayıtdan Mehman adlı bir döyüşçünün anası 2 aya yaxın idi ki, ümidlə oğlunun əsirlikdən azad ediləcəyini gözləyirdi. Nəhayət uzun çalışmalardan sonra Allahverdi Bağırov ermənilərdən geri aldığı əsirlərin içində Mehman da var idi.

Qərargahda başına gələnlər, verilən amansız işgəncələr barədə danışan Mehmandan digər, yəni Laçından olan ata və ana oğlu barədə bir məlumatı olub-olmadığını soruşur. Mehman onunla bir yerdə əsir düşdüyünü və bir yerdə işgəncələrə məruz qaldığını bildirir (Onun çox dözümlü olduğunu, işgəncələr zamanı dayanmadan erməniləri söydüyünü və “Qarabağ bizimdir, onsuz da sizi bu torpaqlardan qovacağıq” dediyini bildirirdi).

Mehmanın dediklərindən:

- Bir neçə gün əvvəl dediklərinə görə Yerevandan xüsusi gətirilmiş cəza dəstəsi növbəti dəfə bizi ağır işgəncəyə məruz qoydu. Laçınlı qardaşımız mərdliklə işgəncələrin qarşısında əyilmirdi və son nəfəsinədək erməniləri terrorçu adlandıraraq söyürdü. Ona görə də əsirlərin içərisində ən çox, bəlkə də saatlarla işgəncəyə məruz qalan o idi. Demək olar ki, bütün sümüklərini sındırmışdılar. Ermənilər bizə heç bir tibbi yardım göstərmirdilər. Bizə nəzarət edən ermənilər deyirdilər ki, bu Yerevandan gələnlər buna icazə vermir. Ağır travmalar alan Laçınlı balası dünən aldığı ağır zədələrdən sonra dünyasını dəyişdi.

Səhərsi gün həmin laçınlı balasının da cəsədi alınıb Ağdam məscidinə aparıldı. Uşaqlar Allahverdiyə cəsədin bütün sümüklərinin sındığını, acınacaqlı vəziyyətdə olduğunu bildirdilər. Allahverdi onun atasına oğlunu o vəziyyətdə görməməsi üçün məsləhət gördü ki, hazırlayıb tabuta qoysunlar, sonra aparaq dəfn edək. Oğlunun cəsədinin məscidə gətirildiyini eşidən anası özünü saxlaya bilməyib ağlamaq istədi, lakin atası çönüb necə baxdısa, ananın səsi boğazında qaldı. Və atası təkidlə mütləq oğlunun meyidinə baxacağını bildirdi.

Məscidin yuat yerində oğlunun meyidinə tükü belə tərpənmədən baxan ata, yuyucudan xahiş etdi ki, onun kürəyini göstərsin. Kürəyinə baxandan sonra yenə də təmkinini pozmadan çölə çıxan ata onu müşayiət edən Allahverdinin müavininə:

- Bilirsən nəyə görə onun kürəyinə baxdım? Mənim oğlum düşmənə arxa çevirə bilməzdi. Əgər onun kürəyində güllə yarası olsaydı, mən ondan imtina edərək meyidini aparmazdım.

Bu hadisəni iş yoldaşımız I Qarabağ müharibəsində Eldar Bağırovun başçılığı ilə könüllü müdafiə dəstələrinin yaradılmasında iştirak edən müavini, Eldarın qətlindən sonra könüllü müdafiə batalyonuna rəhbərlik edən Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun müavini Rüstəm Hacıyev danışdı. Ümumiyyətlə, müharibə dövründə əsirlikdən azad edilən vətəndaşlarımızın ümumi qeydiyyatı aparılırdı. Allahverdi Bağırovun ölümündən sonra baş verən hadisələrdən dolayı həmin sənədlərin kimdə qaldığını müəyyənləşdirmək mümkün olmadı. Ona görə də bu cür şücaət göstərmiş laçınlı balasının və eləcə də digər qəhrəmanlarımızın adları əlimizdə yoxdur. Bəlkə bu yazını oxuyan Allahverdi Bağırovun digər silahdaşlarından kimlərinsə bu hadisə və qəhrəmanımızın adı yadında qalmış olar. Hər halda, bildirsələr onlar haqqında daha geniş məlumatlar ala bilərik.

Rüstəm müəllim bu hadisəni danışanda o dəqiqə yazmağa başladım. Bir laçınlı balasının göstərdiyi şücaət, atasının oğlunun ölümünə baxmayaraq belə mərdlik göstərməsi, özünü dik tutması bu gün də hamıya örnək olmalıdır.

Allah şəhidlərimizə, qəhrəmanlarımıza rəhmət eləsin!

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-19
2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK