adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Aqil ABBAS: ERMƏNİ XALQININ  DÜŞMƏNİ

AQİL ABBAS
133848 | 2020-10-22 17:55

Tanrı erməni xalqının  çirkinliklərini  görüb Paşinyanı  onlara bəla göndərib. Əmir Teymurun  tarixdən silmək istədiyi, amma son anda fikrindən  vaz keçdiyi bu missiyanı, yəni  erməni xalqının Yer üzündən  silinməsi  missiyasını Paşinyan  öz üzərinə götürüb.

Bunu mən demirəm, bunu dünyada tanınan məşhur  kinorejissor Karen Şahnazarov deyir. Özü də bayyısı gözəl  Solovyovun proqramında.

Əvvəla , dedi ki,  erməni  xalqı min ildi var, amma heç  vaxt dövlətləri  olmayıb. Sonra Dağlıq Qarabağın  Azərbaycan ərazisi olduğunu  söylədi. Daha sonra  bildirdi ki, Qarabağdakı  ermənilər hansı  «öz müqəddəratını  həll etmədən» danışa  bilərlər və coğrafiyanı  cızdı: yuxarıda Gürcüstan (hansı ki  Ermənistanın Gürcüstanla həmin sərhəd bölgəsində azərbaycanlılar yaşayır, qərbdə Türkiyə, Şərqdə də Azərbaycanla əhatə olunub.  Bunun bir  çıxış yolu  İrandı və onu da fikirləşmirlər ki, İranda 2 milyon erməni  yaşayırsa, 20 milyon  azərbaycanlı yaşayır. Və özü də  həmin bölgədə.

Və sözündən  belə çıxdı ki, Ermənistan  Azərbaycanın  qoyduğu  şərtləri qəbul etməlidir, əks halda, nəinki  Ermənistan  dövlətinin, hətta erməni xalqının  taleyi  sual altındadı.

Bəli, Paşinyan erməni  gənclərini zorla, məcburi  qaydada Qarabağa  döyüşməyə göndərməklə bu xalqın genefondunu  məhv edir. Özləri indiyədək guya 800-ə yaxın əsgər  itirdiklərini  desələr də, bu rəqəm 4000-i  keçib. Məhz elə buna  görə də humanitar  atəşkəsə əməl etmirlər ki, gəlib  meyitlərini döyüş bölgəsindən  götürsünlər.

Müzəffər ordumuzun  qarşısında  davam gətirə bilməyən erməni  gəncləri  texnikaları atır, səngərləri  qoyub  qaçır, fərarilik edirlər. İndi məcbur  olub  döyüşə  qocaları  göndərirlər, hətta ağzı  qatıq kəsməyən qocaları.  Gənc qızlardan qadın  batalyonları  yaradırlar.

Gör  vəziyyət  hara  çatıb ki, sahibsiz qalmış donuzlar  erməni əsgərlərinin   meyitlərini yeyirlər. Azərbaycan əsgərləri isə  insanlıq  göstərərək erməni meyitlərini qurd-quş  yeməsin deyə selofan  torbalara  yığırlar ki, Ermənistan istəsə gəlib öz meyitlərinə  sahib  çıxsın.

Mənim  bir povestim var: «Qar  üstündə qan çiçəyi». Gənc bir erməni əsgərini  bizimkilər əsir götürür. Amma Komandir görür ki, postdakı əsgərlərimizin hamısı şaxtadan donub ölür və özü də artıq  donmaq  üzrədi erməni gəncə  baxıb  fikirləşir ki, bunun da anasının gözü  yoldadı, yəqin  sevdiyi  qız da var və şaxtadan  tir-tir əsən bu cocuq da yaşamaq istəyir. Baxır, baxır və yaxınlıqdakı düşmən  postunu  göstərib  erməni gəncə deyir:

- Get! Get  yaşa!

Erməni çaşıb baxır.

Komandir:

- İdi də, it oğlu, idi jivi.

Və düşmən  əsgərini  buraxır.

Yəni biz  belə bir  millətik, insanlığı yaşatmaq istəyən  millətik.

Paşinyan isə nə o əsgərlərin analarının, nə də onları sevən qızların, bacı və qardaşlarının göz yaşlarına  baxmır və qırdırır.

Və Paşinyan  erməni xalqının  ən böyük düşmənidi.

Və sonda. Görəsən, erməni  əsirləri ilə insan kimi  rəftarımızı, yaralılarını   müalicə etdirməyimizi görəndə Paşinyan bir xəcalət hissi  keçirirmi?!  Çətin!

  • Aprel:
  • 5

TƏQVİM / ARXİV