SON DƏQİQƏ:

Qarabağ və ətraf rayonlardakı məktəbdənkənar təhsil müəssisələrinin statistikası açıqlanıb

  19456   |  
Şriftin ölçüsü  

Düşmən tərəfindən işğal olunan Dağlıq Qarabağ və ətraf rayonlarda 17 idman, 23 yaradıcılıq profilli olmaqla 40 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərib.

Təhsil Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Ağdam rayonunda 5, Cəbrayıl rayonunda 5, Füzuli rayonunda 5, Kəlbəcər rayonunda 4, Laçın rayonunda 5, Qubadlı rayonunda 5, Şuşa rayonunda 4, Xocəvənd rayonunda 2, Zəngilan rayonunda isə 5 məktəbdənkənar təhsil müəssisəsi yerləşib.

İşğal nəticəsində qeyd olunan ərazilərdə yerləşən 8 məktəbdənkənar təhsil müəssisəsinin fəaliyyəti tamamilə dayandırılıb, digərləri müvəqqəti olaraq müxtəlif bölgələrə köçürülüb. Hazırda işğal səbəbindən müvəqqəti olaraq digər bölgələrə köçürülən məktəbdənkənar təhsil müəssisələri aşağıdakılardır:

- Ağdam rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;

- Ağdam rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;

- Füzuli rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;

- Füzuli rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;

- Laçın rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;

- Laçın rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;

- Şuşa rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;

- Şuşa rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi

- Qubadlı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;

- Qubadlı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;

- Zəngilan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;

- Zəngilan rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;

- Xocavənd rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;

- Cəbrayıl rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;

- Xocalı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi.

Qeyd edək ki, 1999-cu ildə Xocalıdan olan məcburi köçkünlərin kompakt yaşadığı Goranboy rayonunun Ağcakənd qəsəbəsində Xocalı rayon Uşaq yaradıcılıq Mərkəzi yaradılıb. 2017-ci ildə Təhsil Nazirliyinin müvafiq əmri ilə məktəbdənkənar təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılmasına əsasən, ölkə üzrə olduğu kimi işğal altında olan rayonlar üzrə də birləşmə nəticəsində yeni müəssisələr yaradılıb.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-12-03

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 03, 01,
November: 28, 26, 24, 21, 19, 17, 14, 12,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK