Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün Türkiyə mümkün olan hər şeyi edir - Ərdoğan
Türkiyə ümid edir ki, Rusiya ilə birgə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində uğur əldə edə biləcək.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, iki ölkə artıq Suriya və Liviyada böhranın tənzimlənməsində uğur qazanıblar.
R.T.Ərdoğan əlavə edib ki, Ermənistan atəşkəs rejiminə əməl etmir:
“Humanitar atəşkəs barədə razılaşma əldə olunduqdan sonra Ermənistan dəfələrlə Azərbaycan şəhərlərini atəşə tutub. Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün əlindən gələni etdiyi kimi, Türkiyə də bunun üçün mümkün olan hər şeyi edir”.
Digər Xəbərlər
19 Aprel 2024 11:06
Milli Məclisin iclası başladı
18 Aprel 2024 19:00Azərbaycana bunun üçün 38 milyon dollar vəsait ayırdıq - ABŞ səfiri
18 Aprel 2024 17:10Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək
18 Aprel 2024 16:39"Fransa demokratik ideyaları məhv edir" - Səməd Seyidov
18 Aprel 2024 16:23