SON DƏQİQƏ:

“İlk dəfə rəqibə ürəkdən uğurlar arzuladım” - Qurban Qurbanov

  16334   |  
Şriftin ölçüsü  

"Maraqlı oyun alındı. Xüsusilə də ikinci hissə daha gərgin keçdi. Azlıqda qalandan sonra temp düşmədi. Hər iki komanda istəkli idi. Komandamdan razı qaldım. Yorğunluq yox idi. Rəşada uğurlar arzu edirəm. Qarşıdakı oyunlar bizim üçün daha da çətin olacaq. Başqa yolumuz yoxdur. Futbolçularımızı həm çempionat, həm də avrokubok matçlarına kökləməliyik".

Azvision.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 7-ci turunda səfərdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, zədəlilərin durumuna yaxın günlərdə aydınlıq gələcəyini bildirib: "Mahir Emreli oynaya bilər, amma start heyətdə meydana çıxması çətindir. Bədavi isə sual altındadır. Hələ komandaya qoşulmayıb. Fərdi qaydada məşq edir. Sabah ümumi durumuna baxacağıq. Maksim komanda ilə 2 məşq etmişdi. Çox yorulmuşdu. Ona görə bu gün əsas heyətdə oynamadı".

Rəşad Sadıqovla duel barədə danışan baş məşqçi deyib: "Rəşadla məşqlərdə rəqib olmuşuq. Səmimi olmağa çalışıram. Hər baş məşqçiyə oyundan əvvəl və sonra uğurlar arzu edirəm. Amma matçdan əvvəl bir az bu hisslər fərqli olur. Bu gün ilk dəfə özümüzü düşünmədən ona səmimi qəlbdən uğurlar dilədim".

Qurbanovun sözlərinə görə, bütün komandalar onları yaxından tanıyır: "Matçın gedişində fərqli hücumlar qurduq. İkinci hissədə Zubiri meydana buraxmaqla fərqli taktika seçdik. Bəzi məşqçilər qarşı bunu edirik. Hər iki komandanın qol epizodları oldu. Əvvəl də burada oynamışıq, amma asan olmayıb".

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-12-03

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 03, 01,
November: 28, 26, 24, 21, 19, 17, 14, 12,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK