SON DƏQİQƏ:

Ölümündən 3 il keçir...

  60916   |  
Şriftin ölçüsü  

Rafiq Hüseynov 1946-cı il 4 avqust tarixində Şuşada anadan olub. Hələ uşaq yaşlarında atasını itirən, ata qayğısından məhrum olan Rafiq anasının himayəsində qalır. Çətinliklə də olsa, anası oğlunu və qızını böyüdüb boya-başa çatdırır. Orta məktəbi bitirdikdən sonra sənədlərini ali məktəbə təqdim edən Rafiqin həyat o anda da üzünə gülmür, belə ki, onun sənədlərini qəbul etmirlər. 17 yaşında həyatın ağır yükünü çiyinlərinə alan bu yeniyetmə iş axtarmağa başlayır və tale elə gətirir ki, onu Azərbaycan Dövlət Televiziyasına işiqçı kimi işə götürürlər. İki il televiziyada işıqçı işində çalışdıqdan sonra onu diktorlar müsabiqəsinə dəvət edirlər və müsabiqədən uğurla keçən Rafiq Hüseynov 1966-cı ilin dekabrında diktor kimi efirə çıxır. İlk efir günü həyəcandan mətni o qədər pis oxuyur ki, Mərkəzi Komitədən zəng olunub Rafiq Hüseynovun nəinki efirdən, həmçinin, televiziyadan uzaqlaşdırılması tapşırılır. Lakin bu gənci o zaman AzTV-nin sədr müavini vəzifəsində işləyən Nəbi Xəzri xilas edir və onu televiziyada saxlayır.

Mərkəzi Komitənin göstərişindən sonra 7 ay efirdən uzaq düşən Rafiq Hüseynov üzərində işləyir və yenidən televiziya ekranlarına diktor olaraq qayıdır. Fəaliyyəti dövründə Moskvanın ali dərəcəli diktoru səviyyəsinə qədər yüksəlir, hətta bir müddət AzTV-nin sədr müavini vəzifəsində də çalışır. Bir sözlə, bu görkəmli şəxsiyyət həyatını televiziyaya bağlayır. Lakin bu bağlılıq 1990-cı ilə qədər olur.

90-cı illərin əvvəllərində ölkədə gedən siyasi proseslər, televiziyaya vahid mərkəzdən nəzarət məsələləri, hətta diktorların yalançı xəbərləri oxumaqla üz-üzə qalmasına görə Rafiq Hüseynov öz xahişi əsasında televiziyadan ayrılır. Beləcə 15 il sevdiyi işdən ayrı düşməli olan diktor 2005-ci ildə AzTV rəhbərliyinin təklifi ilə yenidən doğma kanalına geri qayıdır. Allah ona “ikinci bahar”ını yaşadır. Elə şəxsi həyatında olduğu kimi...

Bu məqamda Rafiq Hüseynovun 4-cü evliliyindən, “ikinci bahar”ından bəhs etmək istəyirəm. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dərs deyərkən öz tələbəsinə aşiq olan Rafiq müəllim onunla ailə həyatı qurur. Aralarında 30 yaş fərq olmasına baxmayaraq Səbinə ilə Rafiq müəllim bir-birinə elə bağlanırlar ki, onları heç kim, qızın yaxınları belə ayıra bilmir. Ailəsinin, qohumlarının etirazına baxmayaraq 21 yaşlı Səbinə Rafiq Hüseynovla evlənir və ondan bir qız övladı dünyaya gətirir-Leyli Hüseynli. Bəlkə də, bu qız Rafiq müəllimin elə erkən itirdiyi övladının əvəzi idi ki, Allah ona bəxş etmişdi.

Rafiq Hüseynovun övladının dəhşətli şəkildə ölümünü o dövrün insanları yaxşı xatırlayır. 1984-cü ildə Roza xanım Tağıyevadan olan övladının-Rövşənin qətlə yetirilərək doğranıb çamadana yığılması xəbəri ölkədə hər kəsi sarsıtmışdı. O zaman bu ölümlə bağlı çoxsaylı şayiələr dolanırdı. Kimisi deyirdi ki, qətli Rafiq müəllimin Roza xanımdan əvvəlki həyat yoldaşından olan oğlu törədib, yəni Rövşəni ögey qardaşı öldürüb. Kimisi isə söyləyirdi ki, bunu birinci həyat yoldaşının qonşusu edib. Çətinliklə də, olsa, qatil tapıldı və onun güllələnməsi qərarı verildi. Güllələnməyə qədər Bayıl həbsxanasındakı 5-ci korpusun 129-cu kamerasında saxlanılan məhkum ağır vərəm xəstəliyinə tutulur və onun işinə yenidən baxılır. Məhkəmənin qərarı ilə o, 20 il müddətinə azadlıqdan məhrum edilir. Yaşadıqları faciə məhz Rafiq Hüseynovla Roza xanımın həyat yollarının ayrılmasına səbəb olur və onların ailə həyatı sona çatır.

Həyatdan aldığı zərbədən uzun müddət özünə gələ bilməyən Rafiq müəllim yalnız 13 il sonra tələbəsinə vurulur və bir az öncə qeyd etdiyim kimi, onunla evlənir, ömrünün son gününə qədər isə onun yanında olur.

Rafiq Hüseynovun acı həyat, uğurlu kariyera hekayəsini məhz bu gün xatırlatmağı özümə borc bildim. Bu gün onun ölümündən 3 il keçir. Allah sizə rəhmət etsin, Rafiq müəllim.

Rövşən Tahir

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-29
2020-11-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 28, 26, 24, 21, 19, 17, 14, 12, 11, 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK