SON DƏQİQƏ:

"Qarabağda dizin-dizin sürünəcəm" - AÇIQLAMA

  27038   |  
Şriftin ölçüsü  

“Bildiyiniz kimi, Gənc Tamaşaçılar Teatrının aktrisasıyam. Teatrımız bütün təşkilatlar, qurumlar kimi Silahlı Qüvvələrə Yardım Fonduna pul yatırıb. Bu gün biz arxa cəbhədəyik. Təbii ki, bizim sözlərimiz əsgərlərimizə ruh verir, onları qələbəyə kökləyir. Bilirsiniz, çalışmaq lazımdır ki, saytlarda düzgün olmayan informasiyalar verilməsin. Yalnız rəsmi xəbərləri paylaşmaq lazımdır. Bir də görürsünüz ki, dezinformasiya ilə üz-üzə qalırıq. Bu düzgün deyil”.

Bu sözləri “Ədalət” qəzetinə açıqlamasında Respublikanın Əməkdar artisti Şəfəq xanım Əliyeva söyləyib:

“90-cı illərdə ermənilər xalqımızın başına çoxsaylı oyunlar açıblar. Onların törətdiyi o faciələri, Xocalı Soyqırımını, terror aktlarını heç vaxt unutmayacağıq. Elə unutmamışıq deyə də qələbəyə doğru gedirik. O illərin insanlarının çəkdiyi əzab-əziyyət yerdə qalmamalıdır. 90-cı illəri yada salmaq çox çətindir. 90-cı illərdə başımıza gələn müsibətlərə dair filmlərimiz də var. İl ərzində o filmlər göstərilir. Onlara baxan tamaşaçılar xalqın başına gətirilən faciələri görürlər. Faciələrin yaşandığı həmin günlər heç vaxt yaddan çıxmayacaq.

Mənim özüm əslən Şamaxıdanam, amma həyat yoldaşım rəhmətlik Rafiq Əliyev Füzulidən idi. Odur ki, bizim də orada evimiz-eşiyimiz var idi. Ermənilər torpaqlarımızı işğal etdiklərinə görə nəyimiz vardısa, orada qaldı. Şükürlər olsun ki, Füzuli azad olundu. Əminəm ki, Rafiqin ruhu şaddır. Özümə söz vermişəm, qaynanamın, Rafiqin əvəzinə  Qarabağda dizin-dizin sürünəcəm. Bu mənim böyük arzumdur.

Siz inanın ki, gecə mən 3-4 saat yatıram. Bütün efirlərə baxıram, saytlara nəzər yetirirəm. Ürəyim bu xəbərlərlə döyünür. O gün olsun ki, bütün Qarabağ düşmən tapdağından azad olunsun.

İnanıram ki, qələbədən sonra elə qələbə məzmunlu əsərlər ərsəyə gələcək, bizim dramaturlar, yazıçılar bu günləri qələmə alacaqlar və biz də onları səhnədə canlandıracağıq. O gün olsun, qələbə münasibətilə zəng vurasınız, mən də ürək sözlərimi deyim. Allah Ali Baş Komandanı, Ordumuzu, Xalqımızı qorusun”.

Rövşən Tahir

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-12-04

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 03, 01,
November: 28, 26, 24, 21, 19, 17, 14, 12,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Dəhlizdə Vəli Xramçaylı ilə qarşılaşan Hidayət Elvüsal:

- Qağa niyə belə pəjmürdəsən?

Vəli:

- Hidayıət məllim, axşam "Napalyon" konyakını "Kutuzov" konyakı ilə zakuska elədim, səhər duranda başa düşdüm ki, 1812-ci il müharibəsi nətər ağrılı gedif.

ARXİV

TƏQVİM

FACEBOOK