SON DƏQİQƏ:

Hər şey Cümhuriyyətin bizə tanıdığı azadlığın bəhrəsidir - Eminquey yazır

  92525   |  
Şriftin ölçüsü  

Fransa dediniz, bu tarixi hadisə yadıma düşdü.

1926-cı il 2 avqustda Türkiyənin “Bozqurd” adlı gəmisi fransızların “Lotus” gəmisi ilə toqquşur. Bu qəzada 8 türk sərnişin dünyasını dəyişir. Türk məhkəmələrində mühakimə olunan fransız kapitan 80 gün həbs cəzası alır. Amma fransızlar boş dayanmır, işi Haaqa Daimi Ədalət Məhkəməsi, indiki Avropa İnsan Hüquqları Məhkəməsinə aparıb çıxarır. 

Məhkəmə 7 sentyabr 1927-ci ildə nəticələnir. 

Bu məhkəmədən əvvəl baş verənlər haqqında dövrün Ədliyyə Naziri Mahmud Esat Bozqurd belə deyir:

"Atatürk məni yanına çağırdı. İzah elədim, fikrimi isə belə bitirdim. İcazə verin, davamı müdafiə edim. Məğlub olsam, ölkəmə qayıtmayacağam. Ədalət Məhkəməsinə getmədən fransızların dediklərini etsək, təhdid qarşısında baş əyərik. Ancaq Haaqa Məhkəməsinə müraciət etsək, işi itirsək də, şərəf və ləyaqətimizə zərər dəyməz. Atatürk isə  “gülə-gülə get, qazanacaqsan, qazanmasan da məmləkət səni bağrına basacaq” dedi.

Nəticədə Atatürkün dediyi kimi məhkəmə Türkiyənin hüquqa zidd davranmadığına qərar verir və türk heyətinə Atatürkə çatdırmaları üçün tuncdan düzəldilmiş “Bozqurd” heykəli hədiyyə edirlər. Bu, gənc bir ölkənin güclü bir dövlətə qarşı qazandığı bir hüquq zəfəridir.

Çevrilib ətrafa baxsan, hər şey  Cümhuriyyətin sayəsində var olub.

Tələbə qızlar, seçkilərdə səs verən qadınlar, əlində android telefon olan oğlanlar, son tikəsi ağzında evdən tələsik çıxıb işə gedən qadınlar...

Qınadığımız cahillər də, bayağı adamlar da.

Bu günün Milli Məclisi də, Prezidenti də, Naziri də.

İqtidar da, müxalifət də.

Kresloda oturub dişini qurdalaya-qurdalaya dövlətçiliyin qəsdinə duran yekəqarın məmurlar da.

Cümhuriyyət olmasaydı, bu adamlar kim bilir nə edəcəkdilər!?

Mal, qoyun otara-otara yaşayacaqdılar bəlkə də. 

Bir sözlə hər şey və hamı Cümhuriyyətin bizə tanıdığı azadlığın bəhrəsidir.

Ona görə də dövlətin, dövlətçiliyin qədrini bilmək hamının borcudur.

Bu gün ən kiçik qələbələr o günün Cümhuriyyət savaşlarının nəticəsidir.

Elə bax, məsələn, Türkiyənin fransızlara qalib gəldiyi o məhkəmənin...

Elə bax, məsələn, Rəsulzadənin yaratdığı Azərbaycanın...

M.Ə.Rəsulzadə “Azərbaycan Cümhuriyyəti kitabında yazır ki, “İki qardaş millət arasında təhəddüd edən sui-təfəhhüm daha acıdır, daha fəcidir. Türklüyünü anlamış Azərbaycan ilə türklük üçün qan tökən, can verən Anadolu arasındakı qardaşlıq bağını nə tarixin şimdiki Türk-Rus müxadinəti kibi təsadüfi vəqə epidozları, nə də bir taqım əşxasın siyasi xətaları çözəməz!”.

Elçibəy bütün qanı, canı ilə türkçü idi. 

"Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridır. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir" – Heydər Əliyevin bu sözləri türkçülüyün alovlu təbliğatçısı olan böyük Cavidə məhəbbət və ehtiramın ifadəsidir. Bu, həm də türkçülüyə olan sevgidir.

Bəli, bu bağı illərdir qıra bilmirlər. 

O yolun üstündən gedir bu günün güclü qardaş xalqları.

Rəcəb Tayyib Ərdoğan da, İlham Əliyev də.

O günün qardaşlığı bu gün də davam edir.

Bu gün Rəcəb Tayyip Ərdoğanın və Türkiyə xalqının bizə böyük dəstəyi həmin yolun davamıdır. 

“Hazırda Qarabağda bir çox yerlər işğaldan azad olunub. Türkiyə olaraq bütün qəlbimizlə Azərbaycanın yanındayıq. Azərbaycanın mübarizəsinə dəstək vermək bütün qürurlu dövlətlərin borcudur. Dünya quldur dövlətlərdən xilas edilməsə, bəşəriyyətin davamlı sülh və əmin-amanlığa qovuşması mümkün deyil. Zəfərədək azərbaycanlı qardaşlarımızın yanındayıq” – Rəcəb Tayyib Ərdoğan.

Türkiyənin Cümhuriyyət bayramı bizim də bayramımızdır.

Türkiyənin qələbəsi bizim də qələbəmizdir. 

Siz fransızı-zadı boş verin.

“Bu gün Cümhuriyyəti elan edəcəyiz!”.

Zəfərimiz mübarək!

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-19
2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK