SON DƏQİQƏ:

Uşaqların koronavirusu ən ağır keçirdiyi yaş dövrü açıqlandı

  12150   |  
Şriftin ölçüsü  

Koronavirusun ağır forması əsasən bir yaşadək uşaqlarda qeydə alınır.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının müxbir üzvü, “Rospotrebnadzor” Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun Federal Dövlət Büdcə İnstitutunun tədqiqat işləri üzrə direktor müavini Aleksandr Qorelov bəyan edib.

Onun sözlərinə görə, uşaqların yarısı virusu yüngül formada, 1/3-də simptomsuz keçir.

“Ağır və orta dərəcədə forma əsasən bir yaşa qədər uşaqlarda qeydə alınır. Üç yaşdan yuxarı uşaqlarda əsasən xəstəliyin yüngül və orta formaları qeydə alınır”, - Qorelov vurğulayıb.

Bundan əvvəl Rusiya Pediatrlar Şurasının İcra Komitəsinin rəhbəri Leyla Namazova-Baranova  uşaqlarda koronavirusun təhlükəli nəticələri barədə xəbərdarlıq etmişdi. Onun sözlərinə görə, koronavirusdan sağalan uşaqların 30 faizində idrak funksiyalarında azalma, oğlanların spermatogenezində isə ciddi dəyişiklik müəyyən olunub ki, bu da aşağı fertilliklə nəticələnə (nəsilvermə) bilər.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-12-03

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 03, 01,
November: 28, 26, 24, 21, 19, 17, 14, 12,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK