SON DƏQİQƏ:

Nazirlikdən Ermənistanın törətdiyi ekoloji terrorla bağlı AÇIQLAMA

  9752   |  
Şriftin ölçüsü  

“İşğalçı Ermənistan insanlığa və günahsız dinc sakinlərə qarşı törətdiyi cinayətləri, terror aktlarını davam etdirərək təkcə region üçün deyil, planetin ekoloji tarazlığı üçün də qiymətli olan təbiət abidələrini, flora və faunanı məhv edir. Bununla da Ermənistan faktiki olaraq Azərbaycan təbiətinə qarşı ekoloji terror törədir”.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. 

Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq və münaqişənin coğrafiyasını genişləndirərək cəbhə xəttindən kənarda yerləşən  Ağcabədi və Göygöl rayonlarını mütəmadi artilleriya atəşinə tutması nəticəsində Ağgöl və Göygöl milli parklarının ərazilərinə bir neçə dəfə raket mərmiləri düşüb:

“Təcavüzkar Ermənistanın törətdiyi bu terror siyasəti nəticəsində Cənubi Qafqazda füsunkar gözəlliyə malik nadir təbii gölləri və unikal landşaftı ilə zəngin yeganə təbiət ərazisi olan Göygöl milli parkının və “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında” Ramsar Konvensiyasının siyahısına daxil edilmiş Ağgöl milli parkının ərazisində yanğınlar baş verib, flora və faunaya, təbii landşafta ciddi ziyan dəyib”.

Nazirliyin rəsmisi qeyd edib ki, uzun illərdir işğal altında saxladığı ərazilərdə törətdiyi ağır ekoloji terrorla kifayətlənməyən təcavüzkar Ermənistan dövləti indi də ekoloji mühitin toxunulmazlığı haqqında beynəlxalq konvensiyaların tələblərini kobudcasına pozaraq və BMT-nin ətraf mühit üzrə müvafiq təşkilatlarının normativ aktlarına məhəl qoymayaraq cəbhə bölgəsindən kənarda yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərini hədəfə alır. Ermənistan Azərbaycanın mülki əhalisinə, həmçinin təbiətinə qarşı törədilən və biomüxtəlifliyin məhvinə səbəb olan işğalçı siyasətini, qeyri-insani cinayət əməllərini bununla da bir daha nümayiş etdirir:

“Ermənistan tərəfindən insanlara və ətraf mühitə qarşı bu cür qəddar və qeyri-humanist hərəkətləri şiddətlə qınayır və beynəlxalq hüquq müdafiəçilərini işğal olunmuş Azərbaycan ərazilərində erməni separatçılarının törətdikləri cinayətləri dünya ictimaiyyətinə çatdırmaq üçün təxirəsalınmaz addımlar atmağa çağırırıq”. 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-12-03

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 03, 01,
November: 28, 26, 24, 21, 19, 17, 14, 12,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK