SON DƏQİQƏ:

Əbülfət Mədətoğlu: Ali Baş Komandana məktub

  156690   |  
Şriftin ölçüsü  

Çox hörmətli Cənab Prezident!

Cənab Ali Baş Komandan!

Yaşadığım həyatın son 32 ilini, yəni 1988-ci ilin fevral ayından 27 sentyabr 2020-ci il tarixə qədərini sarsıntılar, ağrı-acılar, ən əsası isə Vətənsizlik təlaşı ilə yaşamışam. Doğulduğum kəndi, uşaqlığımın ünvanı olan ata-baba ocağımı yalnız yuxularımda görüb, xəyallarımda gəzmişəm. O qədim və Azərbaycan tarixində özəl yeri olan kəndə dönmək istəyim bir ilğım olub mənim üçün. Hətta bəzən ümidsizliyə qapılmışam. Artıq hər şeyin bitdiyini düşünmüşəm. Bu da səbəbsiz olmayıb. Çünki son 100 ildə ermənilərin Sovet rejiminin əli ilə, sonra da işğalçılıq yolu ilə bizdən qopartdığı torpaqların geri alınacağını, nə vaxtsa qaytarılacağını ağlıma gətirməkdə tərəddüd edirdim. Bu bir tarixi gerçəklikdir ki, siz XX əsrdə mühim bir addım atdınız. Qətiyyətiniz, İradəniz və Komandanlıq gücünüz bizim ümidlərimizi təkcə göyərtmədi, həm də onlara qol-qanad verdi.

Cənab Ali Baş Komandan, mən Dağlıq Qarabağın məşhur bir güşəsindənəm. Bir zamanlar Hadrut rayonuna aid olan Tuğ kəndində doğulmuşam. Bu kəndin səsi-sorağı hələ Sovet dönəmində ölkə hüdudlarını aşmışdır. Faktlara nəzər salsaq, görərik ki, bu kənddəki məktəbin 138 il yaşı var. Onun 125 illiyini qeyd etmək barədə Siz 2007-ci ildə sərəncam imzalanmısınız. Tuğ kəndi barəsində Azərbaycan tarixində, xüsusilə, Qarabağnamələrdə müfəssəl məlumatlar var. Bu kəndin iki övladı Cümhuriyyət Hökumətinin ən yüksək vəzifələrini daşıyıblar. Onlardan biri Xudat bəy Ağabəy oğlu Məlikaslanov Cümhuriyyətin Dəmiryolu və Rabitə Naziri, digəri Cavab bəy Rzabəy oğlu Məlikyeqanov Bakı və Lənkəran şəhərlərinin General-qubernatoru vəzifəsini icra etmişdir. Ümumiyyətlə, bu kəndin Azərbaycan elmində, ictimai-siyasi həyatında önəmli yer tutmuş xeyli övladları, yetirmələri barəsində tarixşünaslığımızda dəfələrlə yazılıbdır. Bu qısa xatırlatma ilə bildirmək istəyirəm ki, qədim Tuğ kəndi 1991-ci il oktyabr ayının 30-dan 31-ə keçən gecə ermənilər tərəfindən işğal olundu. Həmin tarixdən kəndin sakinləri müxtəlif ünvanlara üz tutdu. Nəhayət, Ümummilli Liderimizin hakimiyyətə qayıdışı ilə Haramı düzündə Yeni Tuğ qəsəbəsi salındı. İnsanlarımızın bir çoxu bu qəsəbədə məskunlaşdı. Sizin Prezidentliyiniz dönəmində isə daha böyük qəsəbələr salınıb, evlər inşa edildi ki, kəndimizin sakinlərinin bir qismi də bu ocaqların hənirində isinməyə başladı. Hər zaman olduğu kimi, bu gün də Sizə güvənən, Sizin siyasətinizə dəstək verən Tuğ kəndinin sakinləri bütün Respublika əhalisi kimi 27 sentyabr 2020-ci ildən döyüşə hazır vəziyyətdədir. İstər 1-ci Qarabağ müharibəsində, istər bu gün kəndimiz şəhidlər versə də, onlar “Təki Vətən sağ olsun!”, “Ordumuz və Ali Baş Komandanımız sağ olsun!” deyirlər və bilirlər ki, Sizin sayənizdə onlar da doğma torpaqlara qayıdacaqlar.

Cənab Ali Baş Komandan, Siz Hadrut qəsəbəsinin azad edilməsi xəbərini xalqımıza çatdıranda biz Tuğluların hamısının sevincdən bir anlıq nəfəsi kəsildi. Nə edəcəyimizi, nə deyəcəyimizi həmin o bir anın içərisində qərarlaşdıra bilmədik. Yalnız sevinc göz yaşları bizim ürəyimizin, duyğularımızın ifadəçisinə çevrildi. Xatırladım ki, məhz ermənilərin Hadrut qəsəbəsindən etdikləri basqılar Tuğda yaşadığımız faciələrin əsasını təşkil edirdi. Bu gün qəsəbəmiz cinayətkar ermənilərdən azad olunub. Bunun üçün Sizə sonsuz minnətdarlığımızı bildiririk. Və biz, Tuğ kəndinin sakinləri inanırıq ki, bu gün, sabah Tuğun da işğaldan azad edildiyi xəbərini bizə çatdıracaqsınız, o anın xoşbəxtliyini, o anın bütün çalarlarını bizə yaşadacaqsınız. Sizin Komandanlığınız altında şanlı Ordumuz Bayrağımızı Tuğ kəndinə sancacaq və biz 1991-ci ilin oktyabr ayının 30-dan 31-ə keçən gecə silah gücünə qovulduğumuz kəndə Sizin rəhbərliyiniz altında böyük coşqu və ümidlərlə dönəcəyik. Bunu bizə və xalqımıza Siz yaşadacaqsınız! Allah Sizi və Ordumuzu qorusun! Qarabağın Azərbaycan olduğunu bütün dünyaya sübut edən Ali Baş Komandanımız var olsun!

Tuğ kəndinin sakinləri adından:

Əbülfət Mədətoğlu

Əməkdar jurnalist

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 24, 21, 19, 17, 14, 12, 11, 07 05, 03,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK