adalet.az header logo
  • Bakı 19°C
30 Oktyabr 2020 14:52
15101
GÜNDƏM
A- A+

 Hikmət Hacıyev: “Ermənistanın cəzalandırılması üçün bütün addımlar atılacaq”

Azərbaycanda mülki əhaliyə qarşı cinayətlərə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır.

Adalet.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Baş Prokurorluqda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, günahkar şəxslərin cəzalandırılması üçün bütün hüquqi addımlar atılacaq və beynəlxalq mexanizmlərdən istifadə oluncaq.

“Çıraqov işində qeyd olunduğu kimi, Ermənistan işğalı həyata keçirən dövlət kimi məsuliyyət daşıyır. Ermənistan ərazisindən raketlərin atılması və mülki əhalinin ölümü Ermənistanın məsuliyyətini təsdiqləyir. Bu gün döyüşlərdə iştirak edənlərin əksəriyyəti Ermənistan vətəndaşlarıdır. Ermənistan hərbi təcavüzü həyata keçirən tərəf kimi məsuliyyət daşıyır”.