adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
30 Oktyabr 2020 14:56
31997
GÜNDƏM
A- A+

Erməni təcavüzü nəticəsində 7 ailə tamamilə məhv olub

Ermənistan silahlı qüvələrinin hərbi təcavüzü nəticəsində 4 uşaq hər iki valideynini itirib, 7 ailə tamamilə məhv olub.

Adalet.az xəbər verir ki, bunu Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən, Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayət işlərinin istintaqının ilkin nəticələrinə dair brifinqdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.

Onun sözlərinə görə, Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 1 körpə, 10 uşaq, 27 qadın, 53 kişi və 15 nəfər ahıl şəxs həlak olub: "Yaralılara gəlincə, 14 körpə, 36 uşaq, 101 qadın, 249 kişi və 45 ahıl şəxs xəsarət alıb. Statistik rəqəmlər gündəlik olaraq dəyişir.Həkimlər əlindən gələnləri edirlər".