SON DƏQİQƏ:

“Qarabağımıza həsr olunmuş tədbir idi” - Mətanət cavab verdi

  131207   |  
Şriftin ölçüsü  

“Əziz xalqım, hər birinizi salamlayıram. Son zamanlar mənim haqqımda yalnış, xoşagəlməyən söhbətlər yayılıb. Sizə onu bildirmək istəyirəm ki, sentyabrın 26-sı, 27-si etdiyim paylaşım müharibədən əvvəl olan paylaşımdır. Sentyabrın 27-si müharibə başlayıb və mən çıxışımı təxirə salmışam. “İnstagram” səhifəmdə də izləyə bilərsiniz. Mən müharibədən öncə sentyabrın 17-də konsert vermişəm. Qaldı ki, oktyabrın 24-25-inə, o isə Qarabağımıza həsr olunmuş bir tədbir idi. Mən orada yalnız Vətənpərvər mahnılar ifa etmişəm. Xalqımızı, orada yaşayan insanlarımızı, Türk qardaşlarımızı birliyə səsləmişəm. Necə ki, hər zaman bir olmuşuq. Həmin tədbirdə şəhidlərimizi yad etmişik, mən Türk bayrağını qaldırmışam. O tədbirə insanları gətirən Vətən həsrəti, Vətən sevgisi olub. Konsert verdiyim məkanın sahibinin özü belə şəhid qardaşıdır. Biz həmin məkanın adından Ordumuza vəsait köçürdük. Düzdür, Dövlətimizin heç nəyə ehtiyacı yoxdur, amma bu içimizdən gələn bir istək oldu”.

Bu sözləri “instagram”da etdiyi paylaşımında Əməkdar artist Mətanət İsgəndərli qeyd edib:

“Mən ancaq Allaha və xalqımıza hesabat verə bilərəm. Ki, sizə də hesabat verdim. Vətənin bu günündə belə söhbətlər etmək bizə yaraşmaz. Bir yumruq olmalıyıq. Fikrimiz, zikrimiz, ancaq əsgərlərin yanında olmalıdır. Hərə öz sahəsində faydalı olmalıdır. Mənim də sahəm müğənnilikdir, mənim də silahım nəğmələrimdir. Allah hər insana bir şeyi həvalə edir. Bizim də işimiz Vətənpərvər mahnılarla insanları ruhlandırmaqdır. Mən də bacardığım qədər bunu yerinə yetirirəm”.

Xatırladaq ki, bir neçə gün öncə Mətanət İsgəndərlinin Türkiyədə restoranlardan birində konsert verməsi ilə bağlı xəbər gündəmi zəbt etmişdi. Hətta bununla bağlı prodüsser Tarix Əliyev öz “instagram” səhifəsində müğənnini “ağ yuyub qara sərmişdi”: “Bu nə biyabrçılıqdır? İstanbulda konsert vermək nədir? Özü də 2 gün. Siz nəyə konsert verirsiniz? Bu ölkədə hər gün şəhid xəbəri alırıq. Türkiyədə müharibə olsaydı, konsert verə bilərdiniz? Hələ bizim Əməkdar artist. Bəs hər gün videolarla xalqa yalandan təsəllilər nədir? Ayıb olsun! Hərdən deyirsən ki, danışmayasan, amma olmur. Bu xalqın balaları yerin altında necə rahat yatsın?!”

Mətanətin bu hərəkəti izləyicilər tərəfindən də pis qarşılanmışdı. İzləyicilərin tənqidlərindən sonra paylaşım edən restoranın səhifəsi Mətanətin çıxışını silmişdi.

Rövşən Tahir

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-29
2020-11-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 28, 26, 24, 21, 19, 17, 14, 12, 11, 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK