adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Noyabr 2020 22:45
32355
İDMAN
A- A+

"Messini başqa klubda görmürəm" - Kuman

"Barselona"nın baş məşqçisi Ronald Kuman komandanın futbolçusu Lionel Messinin "Mançester Siti"yə mümkün keçidi ilə bağlı yayılan xəbərləri şərh edib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, argentinalı hücumçunu başqa klubda görmədiyini deyib: "Messi və "Mançester Siti"? Onu digər klubda görmürəm. Və bu suallara daha çox cavab verməyəcəyəm.

Messinin "Barselona" ilə müqaviləsi davam edir. Ümid edirəm ki, burada olacaq. Mən onun klubda qalmasına çalışacaq insan deyiləm. Gələcəkdə nə olacağını görəcəyik, amma hazırda "Barselona"nın oyunçusudur".

Qeyd edək ki, Messi yayda Kataloniya təmsilçisindən ayrılmaq istəyib. Ancaq o, klubda təzminatsız getməyinə icazə verilmədiyi üçün 22 yaşlı oyunçu klubda qalıb.