adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Noyabr 2020 13:50
87612
ŞOU-BİZNES
A- A+

Səbinə Selcan Mənzurəni "ağ yudu, qara sərdi": "Tərbiyəsizlikdir"

Müğənni Mənzurə Musayevanın sosial şəbəkə hesabında paylaşdığı foto izləyicilər tərəfindən tənqid olunub.

Adalet.az saytı xəbər verir ki, Azərbaycanın üçrəngli bayrağını xarakterizə edən paltarı əyninə geyinən müğənni qınanılıb. Hətta müğənni Səbinə Selcan canlı yayım açıb Mənzurənin fanatına üz tutaraq müğənnini “ağ yuyub qara sərib”:

“Mənzurənin fanatı da elə Mənzurə kimi düşünür. Mədəniyyəti də elə onun kimidir. Hansı sənətkarlıqdan danışırsan? Müğənniliyi qoyuram bir kənara. Vətəndaş olaraq sözümü deyirəm, tərbiyəsizlikdir, mədəniyyətsizlikdir. Elə paltar geyinmək tərbiyəsizlikdir. Sənətkar olub Mənzurə? Alim Qasımov olar, Şövkət Ələkbərova olar, Zeynəb Xanlarova olar birdən”.

Qeyd edək ki, müğənni sonradan “instagram” hesabında video paylaşaraq etdiyi səhvi aradan qaldırmaq istəyib. Amma bu dəfə də Mənzurə Musayeva tutarlı bir açıqlama verə bilməyib:

“Əziz izləyicilərimi salamlayıram. O paltarı geyindiyimə görə bəzi izləyicilərim məndə irad tutdular. Mən bildirmək istəyirəm ki, bu paltarı mən məhz “Şuşanın dağları” mahnısına görə geyinmişəm:

“Şuşanın dağları başı dumanlı,

Qırmızı koftalı, yaşıl tumanlı”.

Rövşən Tahir