SON DƏQİQƏ:

“Qaçqınkom” Xırdalandakı uçqunla bağlı məlumat yaydı

  13552   |  
Şriftin ölçüsü  

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Xırdalanda məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerində baş vermiş uçqunla bağlı məlumat yayıb.

Komitənin mətbuat xidmətindən Adalet.az -a bildirilib ki, noyabrın 28-də Abşeron rayonunu, Xırdalan şəhərində keçmiş Yüngül Konstruksiyalar Zavodunda uçqun baş verib.

Hadisə ilə bağlı məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aidiyyəti şöbəsinin və yerli sektorunun nümayəndələri orada olub, ailələrin vəziyyəti ilə tanış olublar.

Yanğın baş verən ünvanda 9 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

İlkin ehtimala görə, hadisə yağış sularının təsiri nəticəsində meydana gəlib. Belə ki, keçmiş zavodun beton tavanı uçaraq Kəlbəcər rayonundan məcburi köçkün Verdiyev Seymur Dilqəm oğluna məxsus "Mitsubishi" və Laçın rayonundan məcburi köçkün Məmmədov Taleh Zahid oğluna məxsus "Volkswagen" markalı iki avtomobilin üzərinə dağılıb. Nəticədə avtomobillərdə yanğınla müşahidə olunan partlayış baş verib. Yanğın dərhal söndürülüb.

Yaşayış sahələrinin vəziyyətinin qiymətləndirilməsindən sonra ailələrin burada yaşamağının təhlükəli olduğu məlum olub. Dövlət Komitəsi məcburi köçkünlərin kirayə mənzillərə yerləşdirilməsi ilə bağlı qərar qəbul edib.

Hazırda FHN-in mütəxəssisləri tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.
Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-19
2021-01-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK