SON DƏQİQƏ:

“ASAN xidmət indeksi”: Miqrasiya Xidməti yenə birincidir

  12035   |  
Şriftin ölçüsü  

Dövlət Miqrasiya Xidməti ardıcıl üç ildir “ASAN xidmət indeksi” üzrə ən yüksək nəticə göstərib.

Dövlət Miqrasiya Xidmətindən Adalet.az -a verilən məlumata görə, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 25 mərkəzi icra hakimiyyəti orqanının 270 xidməti, Bakı şəhərinin 13 yerli icra hakimiyyəti orqanının 229 xidməti və kommunal xidmətlər göstərən 4 hüquqi şəxsin 55 xidməti daxil olmaqla, ümumilikdə 554 xidmət qiymətləndirilib.

Mərkəzi icra hakimiyyəti orqanları arasında ən yüksək nəticəni 3-cü il ardıcıl olaraq Dövlət Miqrasiya Xidməti göstərib.

Qeyd edək ki, bundan əvvəl 2017-2018 və 2018-2019-cu illər üzrə qiymətləndirmə nəticələrinə əsasən “ASAN xidmət indeksi” üzrə mərkəzi icra hakimiyyəti orqanları sırasında Dövlət Miqrasiya Xidməti birinci olub.

Qiymətləndirilmənin keçirilməsində əsas məqsəd dövlət xidmətlərində keyfiyyətin, səmərəliliyin artırılması, yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
January: 26 23, 22, 19, 16, 14, 12, 09, 07,
December: 31,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK