SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: BİR QARIŞ TORPAQ ...

  48127   |  
Şriftin ölçüsü  

Vətənin hər qarış torpağı müqəddəsdir... Vətənin hər ovuc torpağı müqəddəsdir... Vətənin hər yanı, hər yeri müqəddəsdir... O yer Vətənsə, o yer ocaqsa, o yer yurdsa, deməli, onun uğrunda döyüşməyə, vuruşmağa, savaşmağa dəyər. Vətən onda Vətən olur ki, onun döyüşən, vuruşan, savaşan igidləri var. Vətən onda Vətən olur ki, onun uğrunda qan tökməyə, Şəhid olmağa, mücadilə etməyə, minlərlə, yüzlərlə, on minlərlə igidlər yollanır. Bizim torpaqlarımız da 30 il idi ki, erməni işğalı altındaydı.

Sentyabrın 27-də başlanan Böyük Vətən Savaşına on minlərlə könüllü gənclər qoşuldu. Azərbaycan Ordusu öndə getdi. Qeyrətli, namuslu Azərbaycan igidləri, qəhrəmanları bu savaşda silaha sarıldı, öz sözünü dedi və işğal altında olan bütün rayonlarımızı, bütün qəsəbələrimizi, bütün kəndlərimizi yağılardan azad elədi. Şuşanı azad elədi... Kəlbəcəri azad elədi... Ağdamı azad elədi... Laçını azad elədi.... Füzulini azad elədi... Cəbrayılı azad elədi... Zəngilanı azad elədi... Qubadlını azad elədi...Hadrutu azad elədi... Min şükür!

Belə bir fikir var. Deyirlər ki, “Torpaq suya qatışanda palçıq olur, qana qatışanda Vətənə dönür”. Mən bu fikirlə razı deyiləm. Bu fikirdə müəyyən məntiqi ardıcıllıq tam ifadə olunmayıb. Vətənin palçığı da, Vətənin suyu da,

Vətənin torpağı da müqəddəsdir. Ona görə müqəddəsdir ki, bu igid qanı həm palçığa qarışa bilər, həm torpağa qarışa bilər, həm də suya qarışa bilər. Onda qan töküləndə, qan axanda, Vətən torpağından qan damcılananda bu iki qat müqəddəs olur... bu iki qat gözəl olur... bu iki qat sevilir. Yəni bizim Azərbaycanın hər qarış torpağı, hər ovuc torpağı çox müqəddəsdir. O yerdə ki, torpaq var, o yerdə ki, Vətən var, orda Azərbaycan Əsgəri döyüşüb.

Sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən möhtəşəm Böyük Vətən Savaşında həqiqiətən də Azərbaycan əsgəri, müzəffər Azərbaycan Ordusu öz sözünü dedi. Həqiqətən də bəli oldu ki, bizim ən böyük silahımız, ən böyük gücümüz Vətən sevgisidi... Vətən məhəbbətidi... torpaq, yurd yeridi. Yəni bundan böyük sevgi ola bilməz. Bizim hər bir əsgərimiz döyüşəndə adi əsgər kimi döyüşmədi. Bəlkə də dünya hərb tarixində çox unikal bir savaş idi Dağlıq Qarabağ uğrunda Azərbaycan əsgərlərinin döyüşü. Bu döyüş dünya hərb tarixində öyrəniləcək, araşdırılacaq və Azərbaycan əsgərinin döyüş yolu nümunə kimi göstəriləcəkdi. Çünki burda döyüşən oğullar, burda vuruşan oğullar, burda şəhid olan oğullar ölümdən, güllədən, ən müasir silahların təhlükəsindən qorxmadılar, gözlərini qırpmadılar... irəli getdilər. Şəhərlərimizi, kəndlərimizi, qəsəbələrimizi bir-bir azad elədilər. O torpağa öz qanlarını axıtdılar. O torpağa şəhid qanları damdı. O torpaqlarda şəhid qanları, şəhid sevgisi zaman-zaman yenidən boylanmağa başlayacaq.

Onların izləri var. Bu izlər adi izlər deyil. Onların izləri, müzəffər Azərbaycan Ordusunun izləri tək bir kənddə, bir qəsəbədə, bir məntəqədə deyil. Onların izləri Füzulidədi, Cəbrayıldadı, Kəlbəcərdədi, Zəngilandadı, Qubadlıdadı, Şuşdadı, Hadrutdadı, Laçındadı, Ağdamdadı. O izlər adi izlər deyil. O izlər şəhid qanıyla yazılan izlərdi... o izlər şəhid qanıyla yoğrulan izlərdi... Daha doğrusu, mən ona izdən də çox Şəhid ləpirləri deyirəm. Torpaqlarımızda o ləpirlərin izi qalıb, o ləpirlərin yeri qalıb, o şəhidlərin ayaq izləri qalıb, ora çox müqəddəsdir. Oranın suyunu, ora düşən yarpağı, ora düşən mehi öpmək istəyirəm. Öpmək istəyirəm ki, o ləpirlər Şəhid ləpirləridir... o izlər Şəhid izləridi...O çuxurlara hopan su şəhidin qanından yoğrulan unudulmaz izlərdir. Onların hamısı bizim üçün müqəddəsdir. O yerlərə, o izlərə, o ləpirlərə biz baş qoyaraq onların ətrini, qoxusunu, onların özünü, sevgisini hiss eləyərik.

O ləpirlərdə kimlər yoxdur... hansı şəhidimizin ruhu, hansı şəhidimizin izi, hansı şəhidimizin sevgisi yoxdur... İndiyə kimi yadımdadır, Xudayarın oxuduğu o qəmli mahnı, o kədərli mahnı və onun içində olan Vətən sevgisi heç vaxt yadımdan çıxmır. O comərd, o igid oğlanın çöhrəsindəki Vətən sevgisi ölümə də qalib gəlirdi. O igidlərin üzlərində böyük sevgi vardı, böyük mücadilə vardı, savaş vardı. O savaş hər şeyə qalib gəldi... O savaş Azərbaycan torpaqlarının geri qaytarılmasına şərait yaratdı. Allah Xudayar kimi oğulların ruhunu şad eləsin! Şəhidləri fərqləndirmək olmaz. Onların hamısı bizim üçün əzizdir. Onların hər birinin ruhu bizim üçün

müqəddəsdir. Biz onların ruhunu yaşatmaq üçün, rahat etmək üçün o şəhidləri hər an, hər dəqiqə anmalıyıq, xatırlamalıyıq. Tək anmaq yox, həm də onların balalarının yanında olmalıyıq, onların doğmalarının yanında olmalyıq, onları sevməliyik, əzizləməliyik.

Bir sözlə, şəhidlər bizim Böyük Qarabağ Savaşında bizi sevindirdi. Onların axan qanı hesabına biz sevindik.... onların döyüşü, savaşı hesabına biz Qarabağı bu yerə qaytara bildik... onların mücadiləsi, onların mübarizəsi, qayalardan, dağlardan aşaraq Şuşanı aldıqlarına görə biz sevindik. Həmin döyüşdə də nə qədər şəhid verdik. Bu şəhidlərin ruhu Şuşa dağlarındadı, Laçın dağlarındadı, Kəlbəcər dağlarındadı, Füzulinin, Zəngilanın, Qubadlının, Ağdamın, Cəbrayılın, Hadrutun dağlarında, ormanlarında dolaşır. Və o ruh bizə yeni bir sevgi, yeni bir məhəbbət oxuyur. Deyir ki, sevin bu Vətəni. Və bu Vətənin yolunda hər an, hər dəqiqə döyüşməyə, mücadilə eləməyə, mübarizə aparmağa hamı hazır olmalıdır.

Dekabrın 3-də Müdafizə Nazirliyi Böyük Qarabağ Savaşında, yəni sentyabrın 27-dən noyabrın 10-a qədər gedən döyüşlərdə 2783 əsgərimizin şəhid olduğunu açıqladı. 103 nəfər hərbi qulluqçularımızın DNT analizi aparılır. 100 nəfər əsgərlərimiz bu döyüşdə, bu mücadilədə itkin düşüb. Allah onlara da kömək olsun. Tezliklə tapılaraq öz ailələrinə, ocaqlarına dönsünlər. 1245 əsgərimiz bu mücadilədə, Qarabağ Savaşında yaralanıb. Və onlar bu gün hospitallarda müalicə alırlar. Bu bir daha onu göstərir ki, doğrudan da 44 günlük

Böyük Savaşda Azərbaycan əsgəri ağlagəlmız qəhrəmanlıqlar göstərdi. 44 gündə biz bir daha 30 ildə itirdiklərimizi, 30 ildə qaytara bilmədiyimiz torpaqlarımızı qaytardıq. 44 gündə biz dünyaya öz haqqımızı, ədalətimizi bir daha bəyan elədik. Bəyan elədik ki, bu xalqla, bu millətlə, bu dövlətlə onun hissləri və duyğularıyla oynamaq olmaz... onu alçaltmaq olmaz... onu sındırmaq olmaz... Çünki bu xalqı 30 il çox incitdilər, çox sıxdılar, çox alçaltdılar. Və axırda da alçaldanlar özləri alçaldılar.

İtirilmiş torpaqlarımızın hamısı geri qaytarıldı. Ali Baş Komandan, Azərbaycan prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti, qüdrətli və qüvvətli müzəffər Azərbaycan Ordusunun gücüylə torpaqarmızı döyüşərək geri qaytardıq. Budur Azərbaycan əsgəri! Budur Azərbaycan Ordusu! Budur Azərbaycan sevgisi!

Bu Vətənin harda bir qarış torpağı varsa, o bir qarış torpaq uğrunda bundan sonrakı nəsillər də mübarizə aparacaq, savaşacaq, döyüşəcək, lazım gələndə qan tökəcək, Şəhid olacaq, amma torpağımızın bir qarışını kiməsə verməyəcək. Bunu bizə sentyabrın 27-dən noyabrın 10-na qədər Böyük Vətən Savaşında döyüşən əsgərlərimiz xatırlatdı. Onlar bir daha təsdiq elədilər ki, bu Vətənin, bu ölkənin, bu dövlətin bir qarış torpağı da kiməsə verilməyəcək. Ona görə də ermənilər bu döyüşlərdən, Böyük Qarabağ Savaşından nəticə çıxarmalı, ağıllarını başlarına yığmalıdılar. Ağılları başlarına yığılmasa, deməli, Azərbaycan Ordusu bundan

da betər, bundan da qüdrətli zərbələr endirəcək onların başına.

Vətən onda Vətən olur ki, onun torpaqları Şəhid qanıyla suvarılır... Vətən onda güclü olur ki, onun torpaqlarına Şəhid qanı axır. Bizim də torpaqlarımız şəhid qanıyla suvarıldı. Və biz itirilmiş torpaqlarımızı, kəndlərimizi, şəhərlərimizi, qəsəbələrimizi, rayonlarımızı bir-bir geri aldıq. Bu müqəddəs, bu Böyük Vətən Savaşında Azərbaycan xalqı qalib gəldi.

Azərbaycan böyükdür! Azərbaycan güclüdür! Azərbaycan qüdrətlidir! Qarabağ Azərbaycandır!

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
January: 26 23, 22, 19, 16, 14, 12, 09, 07,
December: 31,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK