SON DƏQİQƏ:

Və ilimiz də Nizami ili oldu... - İradə Tuncay yazır

  125579   |  
Şriftin ölçüsü  

Ədəbiyyatdan azacıq xəbərdar olanlar bilir -Nizami Gəncəvinin Xəmsəsinə daxil olan poemaların hər biri dövrün hakimlərinin sifarişi ilə yazılıb. Yəni pulunu verirlərmiş, deyirlərmiş yaz. Bu istək tarixdə qalmaqlamı bağlıdı, ya dəb imiş, bilmirəm. Nizami də yazırmış... Amma necə yazırmış? Poemaların girişində Allaha, Peyğəmbərə və onu sifariş edən şəxsə mədhiyyə mütləq var. İçində olanlar isə... Nizaminin bütün əsərlərində ədalətli padşah axtarışları var. Hər birini yada salın... Elə bil XII əsrdə gələcək Avropa utopik sosialistləri üçün proqram yazıb.

Həmin dövr dünya ədəbiyyatında belə məzmunda əsərlər yoxdur. Deyək ki, Nizami də öz dövründən yox, tarixi obrazlardan istifadə edərək yazırdı. Nuşirəvan Sasani hökmdarı idi və Nizami onun adından istifadə edərək ölkəsini viran qoyan hökmdarlara xitab edirdi. Sultan Səncər Səlcuq imperatoru idi - qarının onun yaxasından yapışıb ədalət istəməsi hər dövrün hakiminə aid ola bilərdi. Bəhram Gur da tarix idi. Amma onun çobanla görüş səhnəsini xatırlayaq - təğyiri-libas olan şah ovda bir çobanla rastlaşır. Görür ki, çoban itini dara çəkib, ağacdan asıb. Səbəbini  soruşanda çoban deyir ki, canavarın qancığı bu köpəyi şirnikdirib, o da sürünü qorumur. Başı qarışıb dişiyə, canavarlar sürünü dağıdır... Bəhram Gur bu sözlərdən ayılır elə bil və gəlib ölkəni dağıdan vəzirini edam edir... Yəni çoxdu belə misallar... Maraqlıdı, bu sifarışçilər (hakimlər yəni) poemaları oxumurdularmı? Oxuyurdularsa anlamırdılarmı? Anlamırdılarsa yaxın ətraflarında qulağına pıçıldayıb şairin nə dediyini izah edən tapılmırdımı? Demokratik və tolerant yanaşmamı mövcud idi o zaman? Buna inana bilmərəm - Şərq despotizmi anlayışından xəbərdaram... Heç indi belə məzmunda əsər yazsalar mələdərlər adamı... İndi hamı hər şeyi anlayır axı...

P.S. Yaşımın bu vaxtında anladım mən də niyə atam Nizamini hər kəsdən artıq sevirdi... Və ilimiz də Nizami ili oldu...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-07
2021-03-06

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 06, 04, 02,
February: 27, 25, 23, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

- Dünən axşam evdə arvadla davanız nətəhər qurtardı?

- Sən öl, dizin-dizin gəldi qabağıma.

- Ola bilməz!

- Sənə sən öl deyənin özü ölsün, dizin-dizin deyirəm ey, gəldi qabağıma.

- Nə  dedi?

- Dedi ki, çıx çarpayının  altından.

ARXİV

TƏQVİM

FACEBOOK