SON DƏQİQƏ:

Daha iki şəhid ailəsinə təqaüd kartları təqdim edilib - FOTO

  11040   |  
Şriftin ölçüsü  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən şəhid ailələrinə sosial ödənişlərin təyinatı onların müraciətinə ehtiyac olmadan proaktiv qaydada, operativ şəkildə aparılır.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış İntiqam Hacıyevin (Ağcabədi rayonu) və erməni terroru nəticəsində şəhid olmuş Vasif Rüstəmovun (Tərtər rayonu) ailələrinə də sosial ödənişlər artıq təyin olunub.

Fondun sədr müavini Zəka Mirzəyev hər iki şəhid ailəsini ziyarət edib. O, şəhid ailələrinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən diqqət və qayğı ilə əhatə olunduqlarını vurğulayıb. Dövlət başçısının Fərmanı ilə şəhid ailələri üçün Prezidentin aylıq təqaüdünün bu ilin əvvəlindən 66,7% artırılaraq 300 manatdan 500 manata çatdırıldığını qeyd edib. Eyni zamanda, həmin ailələrin təqaüdlə yanaşı, pensiya və ya müavinətlərlə də təmin edildiklərini bildirib.

Z.Mirzəyev hər iki ailəyə Prezidentin aylıq təqaüdünün və sosial müavinətin təyin olunduğunu bildirib və onlara təqaüd kartlarını, həmçinin “Şəhid ailəsi üzvü” vəsiqələrini təqdim edib.

Ailələrə şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri barədə də məlumat verilib, onların sosial vəziyyətinin həmişə diqqətdə saxlanılacağı qeyd edilib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-01
2021-02-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
February: 27, 25, 23, 20, 18, 16, 13, 11, 09, 06,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Bayaq görürəm qonşu Şakir kişi sevinclidir.

Mən:

— Nə olub, Şakir dayı, nəyə sevinirsən?

Şakir:

— Tezliklə Bakıdan Ukraynaya təyyarə qalxacaq, ona sevinirəm.

Mən:

— Bu yaşda təkcə təyyarə qalxmaqla iş düzəlmir e, dayı.

Şakir əsəbi halda:

— Sən də adamın yarasını deşməsən dura bilmirsən də.

ARXİV

TƏQVİM

FACEBOOK