adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Yanvar 2021 12:53
33356
ELM VƏ TƏHSİL
A- A+

Məktəblərdə yoluxmaya qarşı görüləcək tədbirlər açıqlanıb

Fevralın 1-dən tədris qismən bərpa edildikdən sonra sinif üzrə yoluxma halı baş verərsə, bu halda həmin sinif distant təhsil formasına keçəcək.

Adalet.az-ın məlumatına görə, bunu bu gün keçirilən vebinarda Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, yoluxma ilə bağlı görüləcək tədbir onun miqyasından asılıdır:

“Bununla bağlı normativlər var. Sinif üzrə yoluxma olduqda sinif, məktəb üzrə yoluxma zamanı məktəb distant formaya keçəcək”.