adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
27 Yanvar 2021 15:59
28974
GÜNDƏM
A- A+

SÜLHMƏRAMLILAR, DEYƏSƏN, PUTİNİN DƏ İMZALADIĞI BƏYANATDAN XƏBƏRSİZDİLƏR

Vurhavur Ermənistandan erməniləri təmtəraqla Qarabağa (indən belə «Dağlıq Qarabağ» ifadəsini işlətməyəcəm. Qarabağ var, nə dağı, nə aranı?) daşıyırlar. Belə getsə, İrəvanda erməni qalmayacaq.

Amma, deyəsən, Putinin də imzaladığı bəyanatdan sülhməramlıların generalının (adı da yadımdan çıxdı) ya xəbəri yoxdu, ya da vecinə almır. Bəyanatda yazılmayıb ki, erməni qaçqınlar geri qayıtmalıdır. Yazılıb ki, Qarabağdan olan bütün qaçqınlar geri qayıtmalıdır, yəni azərbaycanlılar. Özü də bu işi sülhməramlılar yox, BMT-nin müvafiq təşkilatı həyata keçirməlidir. Hərçənd ki BMT-ni adam yerinə qoyan yoxdu.

Bəs, 29 ildi yurdundan didərgin düşmüş və soyqırıma məruz qalmış xocalılıları, xankəndililəri, Xankəndin Yasamalı olan kərkicahanlıları, malıbəyliləri, Ağdərənin Umudlu, Sırxavənd, Bağlıpəyə, Narınclar, Kəlbəcərin, Ağdərənin hələ də nəzarətində olan, 30-a yaxın kəndinin camaatını və sair və ilaxır nə vaxt öz yurd-yuvalarına qaytaracaqsınız?