SON DƏQİQƏ:

"Qarabağ Şəhidləri və Qarabağ Zəfəri" adlı şeir müsabiqəsi keçiriləcək

  17065   |  
Şriftin ölçüsü  

Bakı Türk Anadolu Liseyinin təşkilatçılığı ilə "Qarabağ Şəhidləri və Qarabağ Zəfəri" adlı şeir müsabiqəsi keçiriləcək.

Adalet.az xəbər verir ki, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin əməkdaşlığı ilə təşkil olunacaq müsabiqədə Azərbaycandakı bütün məktəblərin 9, 10 və 11-ci sinif şagirdlərinin iştirak edəcəyi gözlənilir.

Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Nihat Büyükbaş müsabiqənin təşkil edilməsi ilə bağlı təəssüratlarını paylaşıb.

Şeirin tarix boyu türk toplumlarının məramını ifadə edən bir vasitə olduğunu qeyd edən Büyükbaş “Şeir-dastan ənənəsi qəhrəmanlıq, tarixi hadisələri, adət-ənənələrimizi və dövrün həyat tərzini gələcəyə daşıdığı üçün türk tarixinin işıqlandırmasında sənəd xarakteri daşıyır. Pandemiya dövründə Azərbaycan ordusunun Qarabağ qələbəsinə şahid olan övladlarımızın bu şərəfli dastanı şeir dili ilə gələcəyə daşımalarını istədik. Çünki şeirlər çap edilərək kitab halına gətiriləcək və şahid olduqları bu qələbə uşaqların gözləri ilə tarixi bir sənəd olacaq. Bu işin əsas məqsədi bir tərəfdən uşaqlarımıza və gənclərimizə milli şüur qazandıraraq yaşadıqları coğrafiyada vətən sevgisini gücləndirmək, digər tərəfdən isə yaşadıqlarını yazaraq şeir ifadə qabiliyyətlərini inkişaf etdirməkdir”, - deyə bildirib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-09
2021-03-08

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 06, 04, 02,
February: 27, 25, 23, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

- Dünən axşam evdə arvadla davanız nətəhər qurtardı?

- Sən öl, dizin-dizin gəldi qabağıma.

- Ola bilməz!

- Sənə sən öl deyənin özü ölsün, dizin-dizin deyirəm ey, gəldi qabağıma.

- Nə  dedi?

- Dedi ki, çıx çarpayının  altından.

ARXİV

TƏQVİM

FACEBOOK