adalet.az header logo
  • Bakı 20°C
29 Yanvar 2021 12:54
30955
ELM VƏ TƏHSİL
A- A+

Bakı Ali Neft Məktəbinin eyni sinifdən olan iki Prezident təqaüdçüsü - FOTO

Bu il Bakı Ali Neft Məktəbinin Prezident təqaüdçüləri arasında eyni məktəbin iki məzunu da var. Qadiyeva Günay və Tərişli Fidan Bakı şəhərində yerləşən “Zəngi” liseyini bitiriblər. Onların hər ikisi hazırda Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alırlar.

Qadiyeva Günay 685,1 balla, Tərişli Fidan isə 685,5 balla Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “2020/2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi” haqqında Sərəncamına əsasən, Prezident təqaüdünə layiq görülüblər.

Onlar həm sinif yoldaşı, həm də yaxın rəfiqədirlər.