adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Fevral 2021 13:28
28947
ELM VƏ TƏHSİL
A- A+

Ümid edək ki, bütün şagirdlər, tələbələr yenidən sinfə, auditoriyaya qayıda biləcəklər - Nazir

Ümid edək ki, COVID-19-la bağlı ölkə ərazisindəki vəziyyət getdikcə yaxşılaşacaq və bütün siniflər üzrə şagirdlər, həmçinin tələbələr yenidən sinfə, auditoriyaya qayıda biləcəklər.

Adalet.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev özünün sosial şəbəkədəki səhifəsində yazıb.

Nazir qeyd edib ki, bu gün uzun zaman sonra məktəbin yenidən canlandığı gündür:

"Yəqin ki, bu gün hər yerdə sinif yoldaşlarını, müəllimini görmək üçün məktəbə tələsən şagirdlərə rastlamısınız".