adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Fevral 2021 14:27
35619
ELM VƏ TƏHSİL
A- A+

Onlayn praktika keçən BXA tələbələrinə sertifikat veriləcək

Məlum olduğu kimi, 2016-cı ildə Bakı Xoreoqrafiya Akademiyası (BXA) ilə Qazaxıstanın Milli Xoreoqrafiya Akademiyası arasında akademik əməkdaşlığı daha da inkişaf etdirmək üçün ikitərəfli müqavilə bağlanılıb.

Sözügedən müqavilə çərçivəsində Akademiyanın üç tələbəsi Cavadzadə Sabrina, Hacıyev Ruslan və Şahmuradov Nigar 2020-2021-ci tədris ilinin yaz sessiyasında Qazaxıstanın Milli Xoreoqrafiya Akademiyasında koronavirus pandemiyası ilə əlaqədar onlayn şəkildə praktika keçirlər.

Qeyd edək ki, praktika yekunlaşdıqdan sonra hər üç tələbəyə Qazaxıstanın Milli Xoreoqrafiya Akademiyası tərəfindən sertifikat veriləcək.

Müqavilə əsasında mobil əməkdaşlığı davam etdirmək üçün Qazaxıstanın Milli Xoreoqrafiya Akademiyasının magistratura səviyyəsində təhsil alan Akılbekova Acar mövcud vəziyyətə uyğun olaraq onlayn şəkildə BXA-da təcrübə keçəcək.