adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 Fevral 2021 12:01
23780
SİYASƏT
A- A+

Parlament “Dostluq” yatağı ilə bağlı sənədi təsdiqlədi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində imzalanmış Anlaşma Memorandumu müzakirəyə çıxarılıb.

Adalet.az xəbər verir ki, müzakirələr zamanı sənədin əhəmiyyətində danışılıb və iki ölkə arasında əməkdaşlığa töhfə verəcəyi vurğulanıb.

Müzakirələrdən sonra memorandum səsverməyə qoyularaq təsdiqlənib.

Qeyd edək ki, sənədə əsasən, “Dostluq” yatağı 30% Azərbaycana, 70% Türkmənistana nisbətində bölüşdürülür. Memorandumda qeyd edilir ki, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə əməkdaşlığı tənzimləmək üçün tərəflər hökumətlərarası saziş imzalayacaq.