adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
23 Fevral 2021 12:19
36585
İQTİSADİYYAT
A- A+

Buğda idxalı daha 3 il ƏDV-dən azad edildi

Azərbaycana buğda idxalı daha 3 il ƏDV-dən azad edilib.

Adalet.az xəbər verir ki, bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklikdə qeyd olunub.

Dəyişikliyə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının 2017-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad edilir. Eyni zamanda kəpəyin istehsalı və satışının da ƏDV-dən azad edilməsi müddəti də 3 il artırılır.

Qanun layihəsi III oxunuşda səsə qoyularaq qəbul edilib.
 

Nicat Novruzoğlu