adalet.az header logo
  • Bakı 22°C
25 Fevral 2021 15:10
17358
DÜNYA
A- A+

Koçaryan vətəndaşları hərbçiləri dəstəkləməyə çağırdı

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan vətəndaşları baş nazir Nikol Paşinyanın istefasını tələb edən hərbçiləri dəstəkləməyə çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

"Müharibədə məğlub olan və torpağları təslim edən hakimiyyət getməlidir. Bu, ilk növbədə milli dirçəlişimiz üçün lazım olan zəmanətdir", - Koçaryan deyib.

Sabiq prezident vətəndaşları silahlı qüvvələrin və Ermənistan ordusunun yanında olmağa çağırıb.